Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bizim.Media xəbər verir ki, bunu "İdman.biz"ə 51 yaşlı veteran hücumçunun özü açıqlayıb.
O bildirib ki, müalicə xərclərini Fond qarşılayacaq.
Qeyd edək ki, Vasilyev fevralın əvvəlində insult keçirib.
Bizim.Media