Bakı “Zoopark”ında heyvanlar necə QİDALANIR? – Rəsmi AÇIQLAMA  

Bakının mərkəzi ərazisində yerləşən Bakı Zooloji Parkı paytaxt sakinlərinin, xüsusilə uşaqların sevimli məkanıdır. Bir neçə il öncə yenidən qurulan, ərazisi genişləndirilən Heyvanat Parkında bir-birindən fərqli heyvanlar saxlanılır, qorunur. İnsanlara heyvanların görünüşü, hərəkətləri kimi onların nə yeyib, nə içdiyi, parkda necə qidalandığı, aylıq xərclərinin nə qədər olduğu da maraqlıdır. 

Ona görə də hazırda parkda “Qırmızı kitab”a düşən neçə heyvanın olduğu və onların nə ilə, necə qidalandığını öyrənməyə çalışdıq.

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablayan Bakı şəhər Heyvanat Parkının baş baytar həkimi Elvin Süleymanov bildirib ki, hazırda Parkda 125 növ heyvan təbii areallarına çox yaxın şəraitdə yaşayırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Zooparkı ziyarətçilər üçün AÇILDI – Bu şəxslər üçün giriş pulsuzdur 


“Onlardan 40 növü məməlilər, 33 növü qanadlılar, qalanlar isə balıqlar, suda quruda yaşayanlar və sürünənlərə aiddir.

Bakı Şəhər Heyvanat parkı dünyanın öndə gedən heyvanat parkları ilə qarşılıqlı əməkdaşlıq edir və hazırda Avropa Zooparklar və Akvariumlar Asossasiyasına daxil olmaq üçün hazırlıqlar aparılır. Yenidən qurulmuş Heyvanat Parkının yalnız quruluşu deyil, həm də yanaşma tərzi dəyişilib. Belə ki, Heyvanat Parkının əsas məqsədi yeni heyvanları gətirib ziyarətçilərə nümayiş etmək deyil, Azərbaycan faunasında “Qırmızı Kitab”a daxil olan nadir və nəsli kəsilməkdə olan heyvan növlərini artıraraq təbiətə qaytarmaq, maarifləndirmə işləri aparmaqdır”.

Həmsöhbətmiz qeyd edib ki, parkda “Qırmızı Kitab”a daxil olan 22 növ heyvan məskunlaşıb:

“Bəbir, ceyran, nəcib maral, Soltan toyuq, qutan, qızılqaz, ağbaş kərkəs, keçəl qarabaş kərkəs, toğlulgötürən, leşcil ağqartal və s. Bakı Zooloji parkı, IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə reintroduksiya layihəsi həyata keçirir. Belə ki, Bakı şəhər Heyvanat Parkında məskunlaşan Azərbaycanda “Qırmızı Kitab”a düşən nadir nəsli kəsilmək təhlükəsi olan heyvanlar çoxaldılıb öz tarixi areallarına buraxılır. Bu layihə çərçivəsində Şahdağ Milli Parkına 5 baş Qafqaz nəcib maralı, Acınohur çölünə 3 baş ceyran, Hirkan Milli Parkına 7 baş Hindistan tirəndazı, Qarabağa isə 4 baş Dağıstan turu öz tarixi areallarına buraxılıb”.

Onun sözlərinə görə, heyvanların hər bir növü üçün xarici mütəxəssislərin iştirakı ilə yem rasionu işlənilib hazırlanıb:

“Heyvanların yemləndirilməsi nə qədər yaxşı və keyfiyyətli aparılarsa xəstəliklərin və hər hansısa problemlərin qarşısını bir o qədər də almış oluruq. Heyvanat Parkında birinci və əsas qaydamız odur ki, ən keyfiyyətli yemlərdən istifadə edək.

Heyvanların rasionuna daxil olan qidalar dövlət xətti ilə mərkəzləşmiş qaydada Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən qarşılanır. Heyvanat Parkında növ müxtəlifliyin zəngin olması ilə əlaqədar heyvanların yem rasionunda da bol çeşidlilik müşahidə olunur, və heyvanın vəziyyəti ilə əlaqədar (xəstəlik, hamiləlik), həmçinin mövsümə görə daimi dəyişir. Əsas qida məhsulları isə meyvə, tərəvəz, çərəzlər, ot, dənli bitkilər, ət, balıq, toyuq və s. daxildir”.

Baytar həkimi heyvanların qidasının fəsillərə görə dəyişdiyini xatırladıb:

“Qış aylarında havaların soyuq keçməsi heyvanlarda enerji ehtiyacını çoxaldır. Bununla əlaqədar olaraq fəsil dəyişiklikləri zamanı Heyvanat Parkındakı heyvanların yem rasionu yenidən nizamlanır və qışa uyğun olaraq tənzimlənir. Heyvanların rasionuna 10-15 % yem əlavə olunur ki, bu da soyuq havalarda bədəni isitmək üçün ehtiyac olunan enerjini bərpa edir. Bundan əlavə olaraq orqanizmin gücləndirilməsi üçün vitamin kompleks və minerallar verilir. Profilaktik olaraq da Heyvanat parkında olan heyvanlara vaksinasiya proqramı tətbiq olunur”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Dübəndidə sahilə yığılan neft qalıqları təmizləndi - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Qeyri-etik hərəkətləri ilə məşhurlaşmış "həkim" barəsində yeni ŞİKAYƏT - VİDEO

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

Moskva Neft Emalı Zavodu fəaliyyətini dayandırdı

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

"AİHM-in qərarı ədalətsiz və qərəzlidir" – Çingiz Əsgərovdan BƏYANAT

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

Rüstəm Minnixanov: "Qardaş xalqlarımızın əməkdaşlıq ənənələri sarsılmaz qalacaq"

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

1992-ci ildən bəri universitetlərə qəbul olan ən çox QIZLARDIR

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Xəbib DÇ-2026-dakı əsas favoritini açıqladı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU

Şəmkirdə tövlədən meyit tapıldı

Şəmkirdə tövlədən meyit tapıldı

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

Həsən Əblucun xanımı vəfat etdi – FOTO

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

18 nömrəli marşrutda kondisionerlər nə vaxt tam İŞƏ DÜŞƏCƏK?

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ukrayna Moskvaya növbəti dəfə kütləvi HÜCUM ETDİ - VİDEO

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Ece İrtemin ölümündə "meymun" şübhəsi - Qolunda diş izləri tapıldı

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ OLDU

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Abituriyentlərin ən çox sıfır bal yığdıqları FƏNLƏR

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Çimərliyə gedənlərin NƏZƏRİNƏ

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Anar Bayramov müavinini İŞDƏN ÇIXARTDI - FOTO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

Bakıdan Pirşağıya gedən sürət qatarı XARAB OLDU

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

İran Hörmüz boğazının bağlanması barədə xəbərləri TƏKZİB ETDİ

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

Vüsal Aslanov üç nəfərə VƏZİFƏ VERDİ - FOTO

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

“Azərbaycanlı futbolçular snus istifadə edir” - Tanınmış həkim

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Məktəb proqramının yarıdan çoxu şagirdlər tərəfindən MƏNİMSƏNİLMİR

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

Qaradağ rayonuna yeni ekspres marşrut açıldı - AYNA

End of content

No more pages to load

RADİO