Şəhidimizin toyda bıçaqlanan qardaşı: “Məni döyərək bıçaqlayan şəxslər ...”x9d-FOTOLAR

Saytımızın 09.07.2017-ci il tarixində “Toyda dava düşdü, Şəhidimizin qardaşı bıçaqlandı”x9d başlıqlı xəbər yaymışdıq.xa0

Həmin xəbəri bu linkə daxil olmaqla oxuya bilərsiniz: (//moderator.az/news/184005.html).xa0

İyulun 7-də Cəlilabad rayon Maşlıq kəndində toy mərasimində düşən dava zamanı 1999-cu ildə Şəhid olan əsgərimiz Rza Əhmədovun qardaşı rayonun Muğan kənd sakini Tural Əhmədov bir neçə nəfərin hücumuna məruz qalaraq döyülərək bıçaqlanıb. Bu gün onu döyərək bıçaqlayan şəxslərdən şikayətçi olan Tural Əhmədov Moderator.az-a bildirib ki, adı çəkilən şəxslərlə bağlı heç bir cəza tədbiri görülmür:

“İyulun 7-də ailəmlə birlikdə Maşlıq kəndində yaşayan yaxın qohumlarından birinin toy məclisinə dəvətli idim. Toy mərasimində iştirak edərkən dondurma satanla dayanıb söhbət edib deyib-gülürdük. Sonra Maşlıq kənd sakinləri Xallədin, Elçin və Alim adlı şəxslər mənə yaxınlaşaraq mənim deyib-gülməyimin onlara xoş gəlmədiyini bildirib mənimlə mübahisə etməyə başladılar. Axşam vaxdı idi, adı çəkilən şəxslərlə aramızda əlbəyaxa dava düşdü. Mən tək, onlar isə sayca çox idilər. Mənim tanıdığım bu üç şəxsdi. Əslində isə məni döyənlər çox olub, adlarını bilmirəm.xa0

Dava zamanı bu adamlar gördülər ki, mənimlə bacara bilmirlər elektrik naqilini qırıb işığı söndürdülər ki, mənim üstümə hücum edən şəxslərin kimliyini müəyyən edə bilməyim. Adlarını çəkdiyim bu üç şəxs və çoxlu sayda kənd sakini məni döyməyə başladılar. Sonra isə əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış Xallədin adlı kənd sakini bıçaqla birinci boğaz nahiyyəmə xəsarət yetirdi. Xoşbəxtlikdən geri çəkildiyim üçün bıçaq boğazımı üzmədi. Bunun ardınca sol xa0qoluma bıçaqla vurdu. Məni yaxınlarım təcili olaraq Cəlilabad rayon Mərkəzi xəstəxanasına çatdırdılar. Həm boğazım, həm də qolumdakı bıçaq yerləri həkimlər tərəfindən tikildi. xa0 Hadisə nəticəsində cibimdə olan 360 manat pulum oğurlandı. Bundan başqa özümün əməliyyat xərclərimi özüm çəkdim. Ümumilikdə mənə 1480 manat maddi ziyan vurdular. Hələ də qoulmdakı tikişin yerlərində ağrılar var. Əslində isə bu adamların heç biri toya dəvətli deyildilər. Hələ toy mərasimində də yaxın qohumumun 160 manat dəyərində qab-qacağını sındırıblar.xa0

Haqqımda yazdığınız yazıdan sonra polis hadisəni nəzarətə götürdü. Adı çəkilən şəxslər bir neçə gün polis bölməsində saxlandıqdan sonra azadlığa buraxıldılar. Mən sizin vasitənizlə Daxili İşlər Naziri Cənab Ramil Usubovdan xahiş edirəm ki, məni döyərək bıçaqlayan şəxslərin cəzalandırılması üçün Cəlilabad rayon polis bölməsinə müvafiq göstəriş və tapşırıqlarını verəsin. xa0Mən vətən uğrunda canından keçmiş Şəhid Rza Əhmədovun qardaşıyam. Mən inanıram ki, müvafiq qurumlar Şəhid qardaşına edilmiş bu özbaşınalığa görə lazımınca tədbir görəcəklər”x9d. xa0




Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdi – SİYAHI

Partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etdi – SİYAHI

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Yağışlı yolda sürət həddini aşıb divara çırpıldı - FOTO-VİDEO

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - RƏSMİ

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı - RƏSMİ

Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı

Nura Suri həbs olunan məşhurların müdafiəsinə qalxdı

Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi olacaq

Rusiya və Ukrayna arasında cəsədlərin mübadiləsi olacaq

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Saatlarla gəzməyi dayandırın: Elm ömrü uzatmağın "qısa yolunu" açıqladı

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Şeyxin işdən çıxarılan oğlunun yerinə bu şəxs təyin EDİLDİ - FOTO

Tabut başında biabırçılıq: Ölən kişinin dul arvadı ilə sevgilisi əlbəyaxa oldu – ANBAAN VİDEO

Tabut başında biabırçılıq: Ölən kişinin dul arvadı ilə sevgilisi əlbəyaxa oldu – ANBAAN VİDEO

Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

Bakıda motosiklet sürücülərinin törətdiyi ağır qəzalar – ANBAAN VİDEO

Uzanan münaqişələr, nəticəsiz SAVAŞLAR... – Azərbaycan nümunəsinin UNİKALLIĞI

Uzanan münaqişələr, nəticəsiz SAVAŞLAR... – Azərbaycan nümunəsinin UNİKALLIĞI

Avtomobil yağları kəskin BAHALAŞDI

Avtomobil yağları kəskin BAHALAŞDI

Yaşar Əməşov yüksək vəzifəyə TƏYİN OLUNDU

Yaşar Əməşov yüksək vəzifəyə TƏYİN OLUNDU

Pakistanlı nazir: İslam dünyasının iki düşməni var

Pakistanlı nazir: İslam dünyasının iki düşməni var

Azərbaycanda həyat yoldaşının soyadını götürən KİŞİLƏRİN sayı açıqlandı

Azərbaycanda həyat yoldaşının soyadını götürən KİŞİLƏRİN sayı açıqlandı

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Yük avtomobili ödənişli yolda aşdı - FOTO

Yük avtomobili ödənişli yolda aşdı - FOTO

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Cəlilabadda qadın "qazpulu"na görə anasının qulaqlarını cırdı

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

End of content

No more pages to load

RADİO