Rusiyanın “Kapustin Yar” poliqonundan qitələrarası ballistik raketin sınaq buraxılışı həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Həştərxan vilayətindəki 4-cü poliqondan qitələrarası ballistik raket uğurla buraxılıb.
"Əldə edilən nəticələr ölkənin strateji təhlükəsizliyinin təmin edilməsində Rusiya raketlərinin yüksək etibarlılığını təsdiqləyir. Raket buraxılışının tapşırıqları tam şəkildə yerinə yetirilib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, raketin görüntüsü Azərbaycan da daxil olmaqla, İran və İsrailin müxtəlif ölkələrinin səmasında görüntülənib.
Bizim.Media