Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.
İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.
Bizim.Media