Quba Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.
Bizim.Media xəbər verir ki, icra başçısı İlqar Mahmudovun sərəncamı ilə icra başçısının müavini, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafı və proqnozlaşdırılması şöbəsinin müdiri Ruslan Şahbalayev vəzifəsindən azad olunaraq Quba şəhər icra nümayəndəsi təyin olunub.
O, bu vəzifədə Eldəniz Yusifovu əvəzləyib.
Əldə etdiyimiz məlumata görə,Ruslan Şahbalayevin yerinə hələlik təyinat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu