Damında “Taksi” sözü yazılmış sarı rəngli fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi tələb deyil.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu fərqləndirici nişanlar tətbiq edilərsə, bütün tələblər taksilərin xarici tərtibatına dair qaydalara uyğun olmalıdır.
Bizim.Media