"Instagram", "WhatsApp" və "Facebook" messencerlərinin işində yaranan problem aradan qaldırılıb.
Bizim.Media xəbər verir ki, artıq hər üç platformada mesaj yazmaq mümkündür.
Qeyd edək ki, mesencerin sahibi “Meta” şirkəti məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
*** 22:17
Dünyanın bir neçə ölkəsində "Instagram", "WhatsApp" və "Facebook" messencerlərinin işində problem yaşanıb.
Bizim.Media xəbər verir ki, problem Azərbaycanda da müşahidə edilir.
Messencerlərdən göndərilən mesajların qarşı tərəfə çatdırılmasında gecikmələr yaşanıb.
Bizim.Media