Cəlilabad rayonunda süni gölə düşən 18 yaşlı qız polis əməkdaşları tərəfindən xilas olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində süni göldə baş verib.
Təsadüfən həmin vaxt ərazidən keçən Cəlilabad Rayon Polis Şöbəsinin iki əməkdaşı qızın suya düşdüyünü və boğulmaqda olduğunu görərək dərhal gölə atılaraq qızı xilas ediblər.
Xilas edilən qız elə həmin polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.
Hazırda hadisənin bütün detalları araşdırılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu