Oruc tutmayanlara nə GÜNAH yazılır? – İlahiyyatçılardan AÇIQLAMA 

İslamın təməl ibadətlərindən biri olan orucun məhz Ramazan ayında tutulması vacib buyurulub. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Bir çoxları İslamın ilk şərti olan namazı qılmasalar da, hər il oruc tuturlar. Ramazanda oruc tutmağın savabı olduqca yüksəkdir. 

Bəs oruc tutmayanlar günah qazanırmı? 

İlahiyyatçı Hacı Surxay mövzu ilə bağlı Bizim.Media-ya danışıb. Onun sözlərinə görə “Qurani Kərim”də orucluq haqqında qeyd edilən ayədən açıq-aşkar görünür ki, hər bir iman gətirən, yəni müsəlman olan şəxsin oruc tutması vacibdir.

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! Bəqərə 183. 
 

MÖVZU İLƏ BAĞLI:

Aktyor Elcan restoranlarda "od qiymətinə" təklif edilən "iftar süfrəsi"ni TƏNQİD ETDİ - VİDEO


Bütün islam ümmətinə vacib edilən oruc ibadəti bütün ümmətlərdə olub və Allah Taala bununla bir növ insanları səbrli, mərhəmətli olmaq yönündə tərbiyə etmək istəyib. Bunun üçündə oruc tutmayan şəxsə, əlbəttdə ki müsəlman kimi vəzifəsini yerinə yetirmədiyi üçün günah yazılır”. 

Ramazanda tutulmayan orucun qəzasını tutmaq olarmı?

Hacı Surxay qeyd edib ki, vacib olan orucun xəstəlik və ya hər hansı üzürlü səbəbdən tutulmadığı günlərin sayı qədər qəza tutulması İslamda yenə vacib əmrlərdəndir:

“Bununla insan öz öhdəsində olan şəri, borcu ödəmiş sayılır”.

Bəs oruc tutmayan şəxs hansı günahın sahibi olur və bədəlini necə ödəməlidir? 

İlahiyyatçı Tural İrfan isə məsələyə belə münasibət bildirib: 

“İqtidarı, imkanı və oruc tutmağa mükəlləf olan müsəlmanın bilərəkdən oruc tutmaması böyük günahlardan hesab olunur və bunun  üçün Şəriətdə “kəffarə” deyilən bir ödəniş növü var. Şəxs bir ay tutmadığı oruca görə 60 gün oruc tutmalıdır. Yaxud 60 nəfər acı doydurmalı, onlara yemək verməlidir. İstənilən halda oruc tutmayan üçün bu günah çox ağır yükdür. 

Amma bilirik ki, cəmiyyətimizdə bu gün bilərəkdən oruc tutmayanların sayı azdır. İş rejimi, dövrün sosial vəziyyəti və insanların səhhətində kifayət qədər problemlərin olması buna səbəbdir. Heç kim kefindən orucdan imtina etmir. Bu baxımdan zərurət və məcburiyyət qarşısında oruc tutmayanlara, ümumiyyətlə dinin rəyi də budur ki, onlara günah yazılmır. Bir sözlə gücü yetməyən insanın oruc tutmaması qətiyyən günah deyil”. 

İlahiyyatçı Ramazan ayının sonunda fitrə-zəkatın oruc tutan və tutmayanların hamısının verməli olduğunu vacib sayır: 

“Tutaq ki, ailədə 5 nəfər varsa, adambaşına 2 kq buğda, arpa, xurma, kişmiş, yaxud indiki dövrə uyğun 5-15 manat arası məbləğdə fitrə versinlər. Bununla oruc tutmayanlar bir növ günahlarından sığortalanmış olarlar ki, heç olmaya həmin məsələdə müsəlmanlarla həmrəy və sosial əlaqələrdə yardımçı olublar”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Azərbaycandan vasitəsilə Ermənistana daha 7 vaqon buğda GÖNDƏRİLƏCƏK

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı – VİDEO

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Kredit götürmək istəyənlərə ŞAD XƏBƏR

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq – FOTO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

"Minimum bal toplamayan müəllimlərin işdən çıxarılması ədalətli qərardır" - VİDEO

Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Valideynlərə XƏBƏRDARLIQ – Yayda uşaqları bu içkilərdən uzaq tutun

Valideynlərə XƏBƏRDARLIQ – Yayda uşaqları bu içkilərdən uzaq tutun

Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ

Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ

Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən Vasif Haqverdiyev HƏBS OLUNDU

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən Vasif Haqverdiyev HƏBS OLUNDU

Şəhərin yarısını dolandıran naviqator – “Waze”ə arxayın olanlar necə yolda qalırlar?

Şəhərin yarısını dolandıran naviqator – “Waze”ə arxayın olanlar necə yolda qalırlar?

Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

5 ay ərzində 3 dəfə ərə getdi

5 ay ərzində 3 dəfə ərə getdi

Neftimiz yenidən BAHALAŞDI

Neftimiz yenidən BAHALAŞDI

Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO

Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Ukrayna Prezident Administrasiyasının rəhbəri Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Ukrayna Prezident Administrasiyasının rəhbəri Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO