Ulu babaları Göygöldə məskunlaşmış ALMAN TURİST – “İndi də evimizdə dolma bişiririk” – FOTO 

“Mən Almaniyanın Bavariya şəhərindən gəlmişəm. Göygöl rayonuna, əcdadlarımın yaşadıqları yerləri gəzmək, baxmaq üçün kiçik oğlumu da gətirmişəm. İstəyirik ki, ulu babalarımızın yaşadıqları yerlərə səyahət edək və az da olsa onların yaşayış tərzləri ilə yaxından tanış olaq. 

Mənim ulu babamın familiyası Onqemax olub. Babam ilk alman koloniyaçılarından olub. 1819-cu ildə Almaniyanın Altbulax vilayətindən o zaman Yelizavetpol adlanan şəhərin yaxınlığında Helenendorf qəsəbəsini yaradanlardan biri olub. Onun adı Yohanes idi. Babamın burada böyük ailəsi olub. O, həyat yoldaşı və övladları ilə birlikdə 1941-ci ilə qədər, yəni müharibə başlayana qədər burada  yaşayıb. Sonra onları Qazaxıstana sürgün ediblər. Biz yalnız 1992-ci ildə Almaniyaya qayıda bildik”. 

Bu fikirləri Bizim.Media-nın yerli bürosuna hələ 19-cu əsrin əvvəllərində indiki Göygöl, o zamanlar Helenedorfda məskunlaşmış alman kolonisti Yohanes Onqemaxın kötücəsi Aneta Şrayner verib. 


Onun sözlərinə görə hələ Qazaxıstanda sürgündə yaşadıqları illərdə nənələri Helenedorf haqqında onlara çox danışardı:

“Nənəm həmişə deyərdi ki, Azərbaycan çox gözəl ölkədir. Ulu babalarımız orada məskən salıb yaşayıblar. Həmişə azərbaycanlıları mehriban, gülərüz, qonaqpərvər, səmimi insanlar kimi xatırlayardı. Tez-tez Azərbaycan mətbəxindən, adət-ənənələrindən söhbətlər edərdi. Bu gün də bizim evimizdə qədim Azərbaycan yeməyi olan dolma bişirilir. Biz Qazaxıstanda olanda həmin yeməyin adını bükmə adlandırırdılar. 

Amma nənəm həmişə onlarla bu barədə mübahisə edərdi və deyərdi ki, dolmanı bizim nənələrimiz Helenendorfda bişiriblər və azəraycanlıların ən dadlı yeməklərindəndir”, -  deyə A. Şrayner öz fikirlərini bölüşüb. 


Bu gün Göygölün küçələrini gəzəndə böyük sevinc yaşayan qonaq burada hələ də alman abidələrinin və evlərinin, alman arxitekturasının qorunub saxlandığını görəndə sözün əsl mənasında təəccübünü gizlətməyib:

“Mən kilsədə oldum, sonra bir zamanlar alman evləri olan binalara baxdım. Təəssüratım çox böyükdür. Kolonistlərin nümayəndələrindən sonuncusu olan alman Viktor Klaynın evi isə məni lap kövrəltdi. Burada hər şey əsl alman evindəki kimidir. Sanki uşaqlığıma qayıtdım. Elə bil öz evimizdəyəm. 

Heç bu vaxtın bitməsini istəmirəm. Kitablar, piano, radio, telefon, bütün əşyalar mənə əcdadlarımı xatırlatdı. Mən hər əşyanı oğluma göstərirdim. Qoy, o da ulu babaları, onların həyat tərzləri və yaşayışlarından xəbərdar olsun. Mən bu alman kolonistlərinin, mənim əcdadlarımın tarixini  belə yüksək səviyyədə qoruyub saxlayan Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, nə vaxtsa bir də buraları gəlib görmək mənə də, mənim nəvələrimə də qismət olacaq”, - deyə Aneta Şrayner əlavə edib. 








Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Tramp Qasım Süleymaninin necə öldürülməsindən danışdı – VİDEO

Valideynlərə XƏBƏRDARLIQ – Yayda uşaqları bu içkilərdən uzaq tutun

Valideynlərə XƏBƏRDARLIQ – Yayda uşaqları bu içkilərdən uzaq tutun

Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ

Flora Kərimova bu gün xəstəxanadan evə BURAXILACAQ

Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Makron sirləri açdı: “Tramp Ukrayna torpaqlarının Rusiyaya verilməsi ilə razılaşmışdı” – VİDEO

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən Vasif Haqverdiyev HƏBS OLUNDU

Özünü prokurorluq əməkdaşı kimi təqdim edən Vasif Haqverdiyev HƏBS OLUNDU

Şəhərin yarısını dolandıran naviqator – “Waze”ə arxayın olanlar necə yolda qalırlar?

Şəhərin yarısını dolandıran naviqator – “Waze”ə arxayın olanlar necə yolda qalırlar?

Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

Dünyada hər beş nəfərdən biri bu səbəbdən HƏYATINI İTİRİR

5 ay ərzində 3 dəfə ərə getdi

5 ay ərzində 3 dəfə ərə getdi

Neftimiz yenidən BAHALAŞDI

Neftimiz yenidən BAHALAŞDI

Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO

Tramp: “Rus generallar həmin səhvi etməsələr, Kiyevə 4 saata çatardılar” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Budanov Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Budanov Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

End of content

No more pages to load

RADİO