Yaşı əsri ötən dəhşətli faciənin hekayəsi - VİDEO

“Quba Soyqırımı zamanı kişilərin gözü qabağında qadınlarına təcavüz edib, hamilə qadınların qarınlarını deşərək övladlarını bətnindən çıxarıblar”.

Bizim.Media xəbər verir ki, bunu report.az-a müsahibəsində 65 yaşlı Quba şəhər sakini Yavuşa Simanduyev deyib.

Y.Simanduyevin sözlərinə görə, o bu barədə ata-babalarından eşidib:

“Biz onların söylədikləri tükürpərdici hadisələri eşidərək böyümüşük. Dediklərinə görə, ermənilər nəinki azərbaycanlılara, eyni zamanda orada yaşayan digər etnik qruplara qarşı da amansızlıqlar törədiblər. Atam söyləyirdi ki, o vaxtı ermənilər kim qarşılarına çıxıb, güllələyiblər, insanlara zülm ediblər. Ən dəhşətli məqamlardan biri isə odur ki, kişilərə əzab vermək, qürurlarını sındırmaq üçün onların qarşısında qadınlarına təcavüz ediblər. Hətta bəzi kişilər o anı görməsin deyə, özlərini öldürüblər".

Qırmızı Qəsəbə sakini Nisim Nisimov atasından dinlədiklərini bizimlə bölüşür: “Onu deyim ki, əvəllər ermənilər Qubanın yuxarı hissəsində yaşayıblar. Hətta vaxtı ilə orada onların kilsəsi də olub. Atam 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı kütləvi məzarlıq aşkar olunanda deyirdi ki, onların camaatı qırıb basdırdığı quyular çox olub, ortaya çıxanlar isə hələ ki, bunlardır. Qubada Apsyon Avşalumov adlı bir nəfər var idi. Bir neçə il bundan əvvəl vəfat edib. O danışırdı ki, babası Xaçmazda işləyirmiş. O vaxtı işdən qayıdan zaman altı nəfər kişini Xaçmaz yolunda öldürüblər. Amma necə öldürüblər, başlarına nə gəlib, tam olaraq bilən olmayıb. Ermənilər çox qəddarcasına davranıblar, qadın, qoca, uşaq demədən qırıblar. Ailələri məhv ediblər. Hətta 11 nəfər ailə üzvünü birdən qətlə yetiriblər”.

Digah kənd sakini Mənsur Hacıyev deyir ki, ulu babaları ermənilərin azərbaycanlılara qarşı nifrətinin olması ilə bağlı müxtəlif əhvalatlar danışıblar:

“Bu hadisə ilə bağlı deyirdilər ki, ermənilər qarşılarına çıxan insanları qırmaqla saylarını azaltmağı düşünüblər. Quba camaatı o vaxtı az itki vermək üçün dağlara üz tutub, günlərlə soyuq havada dağlarda, Alpan, Kürkün meşələrində yaşamaq məcburiyyətində qalıblar”.

Qeyd edək ki, hazırda Quba şəhərində soyqırımının izlərini daşıyan məzarlıq mövcuddur. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilən məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu təsdiqlənib.

Kompleksin əməkdaşı Əbutalib Turabov bildirib ki, tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan meyitinin qalıqları aşkar edilib: “Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə yaşlı kişilərə aiddir. Bu kompleks erməni vandalizminin əyani sübutudur. Araşdırma zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan yəhudi, ləzgi, tat və digər etnik qrupların nümayəndələri də xüsusi amansızlıqla qətlə yetirilərək basdırılıblar”.

Xatırladaq ki, ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Daha ətraflı videomaterialda:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AÇIQLANDI

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AÇIQLANDI

Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ

Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ

Hərbi İnstitutda möhtəşəm buraxılış: Gənc zabitlər diplomlarını Vilayət Eyvazovdan aldılar - FOTO - VİDEO

Hərbi İnstitutda möhtəşəm buraxılış: Gənc zabitlər diplomlarını Vilayət Eyvazovdan aldılar - FOTO - VİDEO

Həftəsonu çimərliyə getmək istəyənlər üçün PROQNOZ

Həftəsonu çimərliyə getmək istəyənlər üçün PROQNOZ

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

İyulun əvvəlində Günəş “görünməz” olacaq

İyulun əvvəlində Günəş “görünməz” olacaq

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Kimlər qan üçün donor ola bilməz?

Kimlər qan üçün donor ola bilməz?

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Rodriqo Fernandeş “Sabah”da

Rodriqo Fernandeş “Sabah”da

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

End of content

No more pages to load

RADİO