Sumqayıtda dəniz sahilində 6 aylıq uşaq meyiti tapılıb.
Bizim.Media APA-ya istinadən xəbər verir ki, meyit Zeynalabdin Tağıyev adına qəsəbədə dəniz sahilində aşkarlanıb.
Meyitin 6 aylıq uşağa aid olduğu bildirilir, lakin onun əraziyə hansı şəraitdə və kim tərəfindən atıldığı məlum deyil.
Fakt araşdırılır.
Bizim.Media