Dövlət sərhədini pozan şəxs TUTULDU - FOTO

Mart ayının 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, sərhəd zastavasının şəxsi heyəti tərəfindən sərhəd pozucularının mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

İrandan Azərbaycan istiqamətində hərəkət edən sərhəd pozucuları sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayıb üzərilərindəki çantanı ataraq geriyə qaçmağa cəhd göstəriblər.
Sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq olunub.

Hadisə nəticəsində sərhəd pozucularından biri yaralanıb, digəri relyefin mürəkkəbliyi və əlverişsiz hava şəraitindən yararlanaraq geriyə qaçıb.

Yaralı sərhəd pozucusuna sərhədçilər tərəfindən ilkin tibbi yardım göstərildikdən dərhal sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Araşdırma zamanı saxlanılan şəxsin İran vətəndaşı Ədilli Ramazan Yusif oğlu olması müəyyən edilib, xidməti ərazidən 10 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Görülmüş tədbirlər nəticəsində narkotik vasitələri götürmək məqsədilə xidməti əraziyə yaxınlaşan Beyləqan rayon Əmirzeyidli kənd sakini, 1968-ci il təvəllüdlü Atakişiyev Rasim Mustafa oğlu və Birinci Şahsevən kənd sakini, 1999-cu il təvəllüdlü Abdullayev Məhəmməd Ramil oğlu saxlanılıb.
Faktla bağlı Baş Prokurorluqla birgə əməliyyat-istintaq tədbirləri davam etdirilir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AÇIQLANDI

Boşandığı şəxslə təkrar nikaha girənlərin sayı AÇIQLANDI

Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ

Bakıda kişi telefona çox baxan arvadını DÖYDÜ

Hərbi İnstitutda möhtəşəm buraxılış: Gənc zabitlər diplomlarını Vilayət Eyvazovdan aldılar - FOTO - VİDEO

Hərbi İnstitutda möhtəşəm buraxılış: Gənc zabitlər diplomlarını Vilayət Eyvazovdan aldılar - FOTO - VİDEO

Həftəsonu çimərliyə getmək istəyənlər üçün PROQNOZ

Həftəsonu çimərliyə getmək istəyənlər üçün PROQNOZ

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

Zaqatalada kişi hovuzu təmir edərkən yandı

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

“Qarabağ”ın Avstriyadakı oyunu ləğv olundu

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

Merilin Monronun gözəllik sirləri – buzlu vanna, vazelin və...

İyulun əvvəlində Günəş “görünməz” olacaq

İyulun əvvəlində Günəş “görünməz” olacaq

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Almaniyada DƏHŞƏTLİ QƏZA – Qatar körpüdən aşdı – VİDEO

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Təzadlı Ziqmund Freyd: Onunla bağlı sənədlərə niyə 2056-cı ilə qədər qadağa qoyulub?

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

SON DƏQİQƏ! İran ABŞ-la danışıqlara başlamaqdan İMTİNA ETDİ

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Tümendə neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramov və özbəkistanlı həmkarı arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

İsrailin hücumlarından sonra gərginlik yenidən ALOVLANDI – İrandan SƏRT XƏBƏRDARLIQ

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Moskva Neft Emalı Zavodu Ukraynanın hücumundan sonra – FOTO

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Flora Kərimova xəstəxanadan evə BURAXILDI

Kimlər qan üçün donor ola bilməz?

Kimlər qan üçün donor ola bilməz?

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Atəşkəs bir gün belə çəkmədi... – VİDEO

Rodriqo Fernandeş “Sabah”da

Rodriqo Fernandeş “Sabah”da

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Türkiyə sahillərində iki ardıcıl ZƏLZƏLƏ

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Çoxmərtəbəli binalarda lift PROBLEMİ - Sakinlərdən toplanan vəsait hara gedir?

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

Öləndə öz orqanları ilə başqalarına həyat vermək istəyənlər nə etməlidirlər? –VİDEO

End of content

No more pages to load

RADİO