Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Çaparlı kəndi ərazisindən 2 ədəd “KS-19” zenit silahları və Həsənirz kəndi ərazisində çoxlu sayda müxtəlif çaplı patron və avtomat daraqları aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Qeyd edək ki, bu gün həmçinin Kəlbəcər rayonunun Vəng və Ağdərə rayonunun Vəngli yaşayış məntəqələri ərazilərinə baxış zamanı düşmənə məxsus tərk edilmiş atəş mövqelərində 8 ədəd KS-19 zenit topu aşkar edilib.



Bizim.Media