Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları Ağdam rayon sakini Camal Hüseynovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin şəxsdən 3 kiloqramdan artıq heroin aşkarlanıb. C.Hüseynov narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media