Ukrayna Prezidenti Vladimir Zelenski müşaviri Sergey Şefiri vəzifəsindən azad edib.
Bizim.Media “RBK Ukrayna”ya istinadən xəbər verir ki, o, bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Sergey Şefir, eyni zamanda, Zelenskinin biznes tərəfdaşı olub. O, siyasətə gəlməzdən əvvəl Zelenski ilə televiziya layihələrində çalışıb. Şefir “95-ci Kvartal” KVN komandasına əsaslanan Kvartal-95 studiyasının həmtəsisçisidir.
Bizim.Media