Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, martın 29-da əsasən gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
Bizim.Media