Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksilərlə bağlı tələblərə aydınlıq gətirib

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti bu gün “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiq edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində aşağıdakılar olmalıdır:

– sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsi;

– taksometr (gedişhaqqının tarifləri barədə məlumat lövhəsi ilə birgə) və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihaz;

– gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminal.

Taksi minik avtomobilləri “ABS” əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi (sərinlətmə və isitmə funksiyalı), sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir.

Beləliklə, hazırda taksi kimi istifadə olunan nəqliyyat vasitələrinə qoyulmuş tələblər qanunvericilikdə bu günədək də var idi.

Yeni tələb isə taksi minik avtomobilinin bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameraların olmasıdır.

Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hazırda taksi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyəti davam etdirmək istəyən şəxslərdən qısa müddətdə buraxılış vəsiqəsi və buraxılış kartı almalarını xahiş edir.

1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.
Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Azərbaycandan Ermənistana dizel GÖNDƏRİLƏCƏK

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Yumurta bu gün də 1 qəpikdir - FOTO

Magistratura təhsilindən imtina EDƏNLƏR

Magistratura təhsilindən imtina EDƏNLƏR

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Almaniyada turnir zamanı ildırım idmançıları vurdu

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Müavini Meloniyə deyilən sözlərdən sonra ABŞ səfərini LƏĞV ETDİ

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Sürücülük vəsiqəsi niyə müddətsiz verilmir? – Səbəbi AÇIQLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

Bakıda modelin döşəyin altında gizlətdiyi PULLAR OĞURLANDI

End of content

No more pages to load

RADİO