Azərbaycan teatr və kino aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “M.Teatr”ın Mətbuat katibi Turan Etibaroğlu sosial şəbəkədə məlumat verib.
O qeyd edib ki, əməkdar artist bu gün 78 yaşında vəfat edib.
Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.


Bizim.Media