105 ildir dövlətçiliyimizin keşiyində dayanan DTX

Bu gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində çalışanların peşə bayramıdır. Xüsusi xidmət orqanı əməkdaşları xidmətin yaranmasının bu gün 105-ci ilini şərəflə və qürurla qeyd edir.

Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin Hərbi Nazirliyi tərkibində 1919-cu ilin bu günündə kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb. Həmin ilin iyununda isə bu bölmələr əsasında xüsusi xidmət orqanı fəaliyyətə başlayıb. Təşkilatın ilk rəhbərləri Məmmədbağır və Nağı Şeyxzamanovlar olublar.

Dövlət təhlükəsizliyində yeni dönəm

Dövlət Təhlükəsizlik Xidməti uzun illər SSRİ DTK-nın tərkibində fəaliyyətini davam etdirib. Bir zamanlar məqsədli şəkildə bu xidmətə daha çox qeyri-azərbaycanlıları işə götürürdülər. Hədəf də Azərbaycan xalqını daha çox sıxışdırmaq, azadlıq istəklərini məhv etmək idi.

Nəhayət, Ümummilli Lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni mərhələ başladı. Mənalı və şərəfli ömrünün 25 ilini milli təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı, milliləşdirmə siyasətinin əsasını qoydu və bu siyasəti uğurla başa çatdırdı.

Məhz 1967-ci ildən sonra bu qurumun yerli təşkilatlarında azərbaycanlı kadrların sayı kəskin şəkildə artdı. Ötən əsrin 70-80-ci illərində təhlükəsizlik xidmətində formalaşan və yetişən peşəkar kadrlar müstəqillik illərində Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini verdilər.

Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər ilin 28 mart tarixi Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Tarixi zəfərlərimizin təməl prinsipi

DTX-nin dövlətimiz qarşısında son 4-5 ildəki xidmətləri daha çox təqdir edilməlidir. Xüsusilə də, 44 günlük Vətən müharibəsində və ondan sonra keçirilən antiterror tədbirlərində Dövlət Təhlükəsizliyi Xidməti misilsiz uğurlara imza atdı.

Məlumdur ki, bütün müharibələrdə qələbənin əsas təminatçısı sağlam, dəqiq kəşfiyyat məlumatlarıdır. Məhz İkinci Qarabağ müharibəsinin, eyni zamanda antiterror tədbirlərinin çox qısa və uğurlu olmasının da əsas səbəblərindən biri qabaqcadan əldə edilən dəqiq və unikal məlumatlar idi.

DTX öz uğurlu fəaliyyətini ötən ilin sentyabrında baş tutan lokal antiterror tədbirləri zamanı da nümayiş etdirdi. Əməliyyatların bir sutkadan da qısa müddətdə tamamlanmasında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kəşfiyyat və əməliyyat tədbirləri mühüm rol oynadı.
Bununla yanaşı, antiterror tədbirlərindən sonra müharibə cinayətkarları, əlləri xalqımızın qanına bulanmış separatçıların keçmiş liderləri məhz DTX tərəfindən saxlanılaraq istintaqa cəlb edildilər. Ona görə də əminliklə deyə bilərik ki, DTX ərazi bütövlüyümüzün bərpasında və Azərbaycanın separatizm bəlasından birdəfəlik qurtulmasında öz üzərinə düşən tarixi missiyanı uğurla icra edib.    

Ona görə də suverenliyimizin bərpasında bu qurumun əvəzolunmaz xidmətləri var. Üstəlik, ölkəmizə qarşı yönələn beynəlxalq təhdid və hərəkətlərin zamanındaca ifşa olunması və qarşısının uğurla alınmasında DTX-nin rolu böyükdür.

“Casus şəbəkələri ifşa olunur”

Məsələ ilə bağlı Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik üzrə ekspert İlham İsmayılla həmsöhbət olduq.

Bizim.Media-ya açıqlama verən İlham İsmayıl bildirib ki, bütün dünyada xüsusi xidmət orqanlarının vəzifəsi həmin dövlətin konstitusion quruluşunu, ərazi bütövlüyünü və müstəqilliyini qorumaqdır:

“Terror, ekoloji təhlükə, milli sağlamlıq və digər məsələlər bundan sonra gəlir. Baxmayaraq ki, bunlar da dövlət qarşısında xüsusi xidmət orqanlarının vəzifələridir.

Azərbaycan gənc dövlət olsa da DTX-nin zəngin ənənələri var. Bu qurum son 3-4 ildə dövlətçilik qarşısında daha böyük xidmətlər göstərib. Həm hazırki rəhbərlik, həm də heyət peşəkardır. Məhz bunun nəticəsidir ki, ölkə daxilində korrupsiyaya, məmur özbaşnalığına qarşı keçirilən peşəkar əməliyyatlar çox uğurlu olub və xalqın dəstəyini qazanıb.

Bundan başqa  konstitusiya quruluşunu dəyişmək istəyən qüvvələrə qarşı çox uğurlu mübarizə aparılır. Son bir neçə ildə ölkəmizdəki casus şəbəkələri bir-birinin ardınca ifşa olunub. Bu çox çətin bir məsələdir. Ona görə də Azərbaycanın xüsusi xidmət orqanlarının  peşəkarlığından və uğurlarından ağız dolusu danışmaq olar”.

İlham İsmayıl onu da qeyd edib ki, 44 günlük müharibədə qələbə qazanmağımızda DTX-nin misilsiz xidmətləri olub:

“İlk baxışdan bunu sezmək çətindir. Çünki, müharibədə qələbəni təkcə döyüşlər yox, daha çox qabaqcadan əldə edilən informasiyalar təmin edir. Məhz həmin informasiyalar nəticəsində döyüşlərin hansı istiqamətdə aparılmasının daha böyük uğur qazandıracağı və daha az itki verəcəyimizi müəyyənləşdirmək mümkün oldu. Ona görə də 44 günlük müharibədəki qələbəmizin və Qarabağda sonradan keçirilən anti-terror tədbirlərinin uğurunda DTX əməkdaşlarının müstəsna əməyi var”.

Xüsusi xidmət orqanlarına durmadan artan etimad

Ekspert son bir neçə ildə Azərbaycan Prezidenti İlham Əliyevin DTX-yə bir sıra əlavə səlahiyyətlər verdiyini də vurğulayıb:

“Əlavə səlahiyyətlərin verilməsi, etimadın qazanılması deməkdir. Yada salaq ki, son dönəmlərdə transmilli mütəşəkkar cinayətkarlığa, kibercinayətkarlığa və beynəlxalq terrorizmə qarşı mübarizədə DTX xarici ölkələrdə öz fəaliyyətini xeyli genişləndirib.

Üstəlik, qanunsuz pul köçürmələri ilə bağlı, daha doğrusu Azərbaycanın iqtisadi təhlükəsizliyi ilə bağlı quruma verilən əlavə səlahiyyətlər onu göstərir ki, bu orqan dövlət qarşısında bütün öhdəlikləri layiqincə yerinə yetirir. Unutmayaq ki, Azərbaycan həm beynəlxalq terrorizmin, həm də qonşu dövlətlərin hədəfindədir. Qürurla demək olar ki, məhz bu qurumun sayəsində həmin təhdid və hərəkətlər vaxtında ifşa edilir, bunların qarşısı alınır”.

Surxay Atakişiyev, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

Əhalinin içki və siqaretə xərclədiyi pul açıqlandı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

DÇ-2026: Niderland - İsveç oyunu başladı

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - AÇIQLAMA

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Rusiya Zaporojyeyə hücum edib, ölənlər var

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Zelenski məhrum edildiyi ordeni poçtla geri qaytardı - FOTO

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

Zeynəb Xanlarova övladları ilə - FOTO

Zeynəb Xanlarova övladları ilə - FOTO

Braziliyalı qapıçı “Zirə”də

Braziliyalı qapıçı “Zirə”də

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

İran nümayəndə heyəti İsveçrəyə yola düşdü – Səfərdə KİMLƏR iştirak edir?

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

Evdə nə qədər nağd pul saxlamaq olar? – Ən etibarlı saxlanc yeri AÇIQLANDI

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

“Telegram” məhkəməni uduzdu: Hindistanda messencerin bloklanması təsdiqləndi

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Trampın elçiləri İranla danışıqlar üçün İsveçrədədir...

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

Melonidən Trampa CAVAB: “Öz reytinqini izlə!”

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

“Aşk-ı Memnu”nun “Katya”sının son halı - FOTO

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Krasnodarda bıçaqlı HÜCUM: Onlarla insanın necə xilas edildiyi MƏLUM OLDU

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sumqayıtda yaşayış binasında partlayış oldu - FOTO

Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

İtaliyanın İrandakı səfirliyi Bakıdan Tehrana QAYITDI

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

Rusiyada naməlum şəxs maçete ilə insanlara hücum edib – FOTO - VİDEO

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

SEPAH gəmilərə Hörmüz boğazına yaxınlaşmağı QADAĞAN ETDİ

End of content

No more pages to load

RADİO