Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "CHEVROLET CRUZ" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub.
Qəza nəticəsində "VAZ-2109"da olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.



Bizim.Media