Bayram günlərində (ayın 20-26-da) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 19 müraciət daxil olub.
Kliniki Tibbi Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, onlardan 10-u dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 2-si etannoldan zəhərlənmiş şəxs olub, 1 nəfər isə allergik reaksiya səbəbindən zəhərlənib.
Bildirilib ki, müraciət edənlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həmin şəxslər arasında ölüm faktı qeydə alınmayıb.
Bizim.Media