Masallıda qətl: Gənc oğlan iş yoldaşını öldürdü

Masallı rayonunda 2002-ci il təvəllüdlü Hüseynxan Cəfərov iş yoldaşı, 1992-ci il təvəllüdlü Qadir Hüseynovu qətlə yetirib. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Hüseynxan Cəfərov Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında onunla birlikdə fəhlə işləyən Qadir Hüseynovla onun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində bir neçə dəfə mübahisələri olub. 

Sonuncu dəfə Hüseynxan 8 iyun 2022-ci ildə, saat 17 radələrində işdə olarkən avtomaşına yük vurduqları zaman Qadir kənarda durmaqla işləmədiyini görüb, ona öz iradını bildirməklə işləməsini tələb edib.

Qadir ona əhəmiyyət vermədiyi üçün aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına yenidən nalayiq söyüşlər söyməsi səbəbindən onu cəzalandırmaq qərarına gəlib. 

Bu məqsədlə Hüseynxan qəsdən sol əli ilə onun sifətinə bir yumruq zərbəsi vurub, sonra onu yerə yıxaraq onu döyməklə öldürüb. 

Hadisəni törədən Hüseynxanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Hüseynxan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2022-ci ilin yanvarından anbarda fəhlə kimi işləməyə başlayıb, bir dəfə işdən çıxıb sonra yenidən işləmək üçün anbara qayıdıb:

“Mənimlə birlikdə işləmiş Qadirlə aramızda əvvəllər heç bir narazılıq olmayıb. Lakin sonralar Qadir mənə söz atmaqla söyüş söydüyündən aramızda mübahisələrimiz yarandı. Aramızda olan mübahisələri bizimlə birgə işləyən yoldaşlarımız sakitləşdiriblər”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 8-də anbardan müxtəlif mallar gətirib və avtomaşına yükləyərkən Qadir kənarda dayanaraq ona göstəriş verib:

“Qadirə iradımı bildirdim, kömək etməsini desəm də, buna əhəmiyyət vermədi. Məni nəzərdə tutaraq “it hürər, karvan keçər” deyib sonra söyüş söydü. Qadirin bu sözünə görə ona yaxınlaşdım, sifətindən bir yumruq zərbəsi vurdum. Qadir yerə yıxıldı. Orada fəhlə işləyən şəxslər Qadiri ayıltmağa çalışsalar da, o, ayılmadı. Qadir anbarda olan maşınla xəstəxanaya aparıldı. Mən isə həmin vaxt kənarda dayandım. Sonradan mənə zəng edərək Qadirin rəhmətə getdiyini dedilər. Qadiri öldürmək niyyətim olmayıb. Qadir məni nalayiq söyüşlər söydüyü üçün onu cəzalandırmaq məqsədi ilə cəmi bir yumruq zərbəsi vurmuşam. Əməlimdən peşmanlıq hissləri keçirirəm”. 

İş üzrə zərərçəkmiş Qadirin hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, oğlu Qadir arvadı və bir azyaşlı uşağı ilə birlikdə onunla yaşayıb:

“Qadir 2022-ci ilin yanvarından Masallı şəhərində yerləşən topdansatış anbarda fəhlə işləyib. Oğlum hər gün səhər işə gedib, axşam isə işdən evə qayıdıb. İyunun 8-də, saat 18 radələrində evdə olduğum zaman Masallı rayon mərkəzi xəstəxanasından evimə zəng edilərək oğlum Qadirin iş yerindən ölmüş vəziyyətdə xəstəxanaya daxil olması barədə məlumat verildi. Sonra bildim ki, həmin günü iş yoldaşı Hüseynxan ilə oğlumun söz-söhbəti olub. Hüseynxan qəfildən Qadirin sifətinə bir yumruq zərbəsi vuraraq onu yerə yıxıb. Zərbənin təsirindən Qadir yerindəcə ölüb. Hüseynxan oğlumun ölümünə səbəb olmaqla ailəsini başsız qoyub. Qadirin azyaşlı uşağı yetim qalıb”. 

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Hüseynxan 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

İsveçrədə danışıqlar günortadan sonra başlayır

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil oldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

End of content

No more pages to load

RADİO