ADPU-nun nəzdində ADPK-də İctimai Şuranın üzvlərinin iştirakı ilə monitorinq keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) iyunun 22-də ADPU-nun İctimai Şurasının üzvlərinin iştirakı ilə 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı monitorinq keçirilib. Qeyd edək ki, İctimai Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarının və media qurumlarının rəhbərləri, həmçinin tanınmış təhsil ekspertləri daxildirlər.

Moderator.az xəbər verir ki, monitorinq zamanı Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Moderator.az saytının redaktoru Zülfüqar Hüseynzadə, təhsil ekspertləri Nadir İsrafilov, Etibar Əliyev kollecdə təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara, cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər. Eyni zamanda tədbirin işıqlandırılması məqsədilə monitorinqdə müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya əməkdaşları da iştirak ediblər.

Mensur

Monitorinqdən öncə ADPU-nun nəzdində ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov İctimai Şuranın üzvləri ilə görüşüb. Kollecdəki tədris prosesi haqqında məlumat verən Qulu Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmin tətbiq edilməsini bildirib. Məqsəd imtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək, eyni zamanda təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. İmtahan biletlərinin sualları təhsilalanların səviyyələri nəzərə alınmaqla və açıq suallara üstünlük verilməklə tərtib olunub. Aprel ayında müvafiq qruplarda pretest olunmuş biletlərin nəticələri müzakirə edilib və biletlər, suallar təkmilləşdirildikdən sonra imtahana hazır hesab olunub.
Dövlət Attestasiya və yaz semestrinin imtahan sessiyasının təşkili ilə bağlı Təhsil Nazirliyinin əmrlərinə əsasən kollecdə müvafiq əmrlər təsdiq edilib, İmtahan Qərargahı, sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması üçün Münaqişə Komissiyası yaradılıb.xa0

Mensur

Qiymətləndirmənin dəqiq, obyektiv aparılması və cavabların hərtərəfli dəyərləndirilməsi üçün hazırlanmış qiymətləndirmə meyarları təkmilləşdirilib. 0-10 bal sistemində hər bir bal üzrə tələbələrin bilik və bacarıqlarını dəqiq ölçmək məqsədilə qiymətləndirmə üzrə yeni meyar cədvəli hazırlanıb və hər bal üçün açıq və qapalı suallara uyğun olaraq müvafiq meyarlar tərtib olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO

Füzulidə avtomobillərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara yardım göstərildi - VİDEO

İctimai TV-nin önündə 3 avtomobil toqquşdu

İctimai TV-nin önündə 3 avtomobil toqquşdu

Samuxda xəsarət alanların SON DURUMU

Samuxda xəsarət alanların SON DURUMU

İrana qarşı hərbi hazırlıq: ABŞ bölgəyə əlavə müdafiə sistemləri göndərir

İrana qarşı hərbi hazırlıq: ABŞ bölgəyə əlavə müdafiə sistemləri göndərir

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Sabahın HAVASI - Dağlıq rayonlarda yollar buz bağlayacaq

Masallıda ağır qəza: Həlak olan qazi atasıdır

Masallıda ağır qəza: Həlak olan qazi atasıdır

Çexiya Ukraynaya L-159 təyyarələrini göndərməyəcək

Çexiya Ukraynaya L-159 təyyarələrini göndərməyəcək

Bu tarixdən kəskin soyuqlar düşəcək, QAR YAĞACAQ

Bu tarixdən kəskin soyuqlar düşəcək, QAR YAĞACAQ

Samuxda qəzada xəsarət alanların kimliyi AÇIQLANDI

Samuxda qəzada xəsarət alanların kimliyi AÇIQLANDI

Minnesotada öldürülən 37 yaşlı şəxsin əlində silah olmayıb

Minnesotada öldürülən 37 yaşlı şəxsin əlində silah olmayıb

Sumqayıtda sürücü sükan arxasında VƏFAT ETDİ

Sumqayıtda sürücü sükan arxasında VƏFAT ETDİ

İran divarlarında ümid mesajı: Trampdan kömək istənildi - VİDEO

İran divarlarında ümid mesajı: Trampdan kömək istənildi - VİDEO

SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü - FOTO

SOCAR-ın əməkdaşı faciəvi şəkildə öldü - FOTO

İsrail ordusu Qəzza zolağında 4 kilometrlik yeraltı tuneli məhv etdi - FOTO

İsrail ordusu Qəzza zolağında 4 kilometrlik yeraltı tuneli məhv etdi - FOTO

"Sabah" "Karvan-Yevlax"la üz-üzə gələcək

"Sabah" "Karvan-Yevlax"la üz-üzə gələcək

Evlərdən oğurluq edən 2 nəfər TUTULDU

Evlərdən oğurluq edən 2 nəfər TUTULDU

Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi

Tarixi bina SATILDI - Qiymət hər kəsi təəccübləndirdi

Postsovet məkanının ən ucuz ölkəsi seçildi

Postsovet məkanının ən ucuz ölkəsi seçildi

Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapıldı

Cəlilabadda keçmiş vəzifəli şəxsin meyiti tapıldı

İraq bu ölkə ilə sərhəd boyunca beton divar tikir

İraq bu ölkə ilə sərhəd boyunca beton divar tikir

Yaxın Şərqdə kritik saatlar: İranın xəbərdarlığı, səmanın bağlanması

Yaxın Şərqdə kritik saatlar: İranın xəbərdarlığı, səmanın bağlanması

Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Ərdoğan əlini öpən kişiyə 8 manat verdi

Ərdoğan əlini öpən kişiyə 8 manat verdi

End of content

No more pages to load

RADİO