Azyaşlılardan “TikTok”da pul qazanmaq üçün istifadə edənləri hansı cəza gözləyir? – RƏSMİ AÇIQLAMA 

Həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəklərdən dünyanın bir çox ölkələrində insanlar gəlir mənbəyi kimi istifadə edir. 

Azərbaycanda da sosial şəbəkə üzərindən gəlir əldə edənlər kifayət qədərdir. Xüsusilə də, asan yoldan pul qazanmaq istəyənlər “TikTok”platformasına üz tuturlar. İnsanları ən çox düşündürən suallardan biri isə budur: 

“TikTok”da pulu necə qazanırlar?  
 

MÖVZU İLƏ BAĞLI:

“Tiktok”la bağlı araşdırmalar BAŞLAYIR – Şirkət cəzalandırıla BİLƏR


Əvvəllər, hər kəsin yüngül əyləncə məkanı hesab etdiyi bu platformadan hazırda ciddi məbləğdə pul qazanan insanlar var.

Bəziləri “TikTok”dan ağıllı şəkildə istifadə etsələr də, bəziləri ağlasığmaz əməllərinə azyaşlı övladlarını da daxil edib, bunun üzərindən pul qazanırlar. 

Bəs, yetkinlik yaşına çatmayan və üstəlik bu sosial şəbəkənin nə olduğunu dərk etməyən azyaşlıların üzərindən pul qazanılmasına nəzarət olunurmu:

Bizim.Media bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlayıb. Komitənin mətbuat katibi Teymur Mərdanoğlu sorğumuza cavab olaraq bildirib ki, dövlət bütün vətəndaşların, eləcə də azyaşlıların və yetkinlik yaşına çatmayanların hüquqlarını qoruyur:

“Qeyd edim ki, Dövlət Komitəsi tərəfindən azyaşlıların və yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı mütəmadi olaraq maarifləndirici görüşlər və tədbirlər keçirilir. Eyni zamanda, sosial şəbəkələrdə azyaşlı və yetkinlik yaşına çatmayan vətəndaşlarımızın zorakılığa məruz qalması ilə bağlı yayılmış istənilən görüntülər aidiyyəti qurumlarla birgə araşdırılır və buna hüquqi qiymət verilir. 

Sosial şəbəkələrə gəlincə, istifadəçilər bu platformalar vasitəsilə cəmiyyət üçün daha faydalı işlər görə və layihələr icra edə bilərlər. Reytinq xətrinə azyaşlılardan və yetkinlik yaşına çatmayanlardan sui-istifadə etmək, onların hüquqlarının pozulmasına gətirib çıxarılması yolverilməzdir. Düşünürəm ki, bu məsələdə valideynlər də məsuliyyətli olmalıdırlar”.

Bəs, azyaşlılardan “TikTok”da qazanc üçün istifadə edənlərlə bağlı hansısa cəza nəzərdə tutulubmu?

Hüqüqsünas Zaur Quliyev təəssüflə qeyd edib ki, günümüzdə boşanmaların sayının artması ailə institunun zəifləməsinə gətirib çıxarır: 

“Bu da yekunda uşaqların diqqətdən kənar, nəzarətsiz qalması ilə nəticələnir ki, uşaqlar daha çox öz yaşıdlarına yox, yaşlarından böyüklərin həyat tərzinə maraq göstərirlər. Ailə institunun zəifləməsi qadınlarda da, kişilərdə də sosial şəbəkəyə marağı artırır. Bunun nəticəsində uşaqlar da sosial şəbəkəyə maraq göstərirlər.

Bu tip hallara yol verən, bu tip paylaşımları izləyən, paylaşan, o uşaqlara şirnikləndirici hədiyyələr atan şəxslər də valideyinlərlə yanaşı qanun qarşısında olmasa da, cəmiyyət qarşısında məsuliyyət daşıyırlar.

Qanunvericiliyə müvafiq olaraq uşaqların qeydiyyatda olduğu və ya yaşadığı ərazi üzrə yerli icra hakimiyyətinin qəyyumluq himayəçilik komissiyaları bu qəbildən olan işlərdə tam səlahiyyətlidirlər. Belə ki, sözügedən komissiyalar bu cür ailələrin müəyyən olunması və uşaqların hüquqlarının pozulduğu halları aşkar etmək, lazım gəldikdə onların bu tip ailələrdən təcrid olunması üçün müvafiq addımlar atmaq, bilavasitə məhkəməyə müraciət edib, valideynlik hüququndan məhrum etmək səlahiyyətinə malikdirlər. 

Qanunvericilikdə uşaqların sosial şəbəkədə hesab açması ilə bağlı qadağa yoxdur. Nə inzibati, nə cinayət qanunvericiliyində bununla bağlı hər hansı bir cərimə, yaxud da cəza nəzərdə tutulmayıb.

Ümid edirəm, gələcəkdə belə bir norma tətbiq olunacaq. Lakin həm “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, həm “Uşaq hüquqları haqqında” beynəlxalq konvensiya, eyni zamanda Ailə Məcəlləsi və Konstitusiyamızda da qeyd olunub ki, uşaq dövlətin himayəsindədir.
Valideynlər də uşağın təlim-tərbiyəsinə, təhsilinə, səhhətinə, psixologiyasına mənfi təsir göstərəcək hallara yol verməməli və uşaqları bu kimi hallardan uzaq tutmağa çalışmalıdırlar. Buna əməl etməyən valideynlər, valideynlik hüququndan məhrum edilə bilər”.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

İsveçrədə danışıqlar günortadan sonra başlayır

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil oldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

End of content

No more pages to load

RADİO