Şamaxıda püskürən vulkanın zəlzələ ilə əlaqəsi varmı? - RƏSMİ AÇIQLAMA

Martın 8-də Şamaxının Məlikçobanlı kəndində vulkan püskürməsi olub. Son zamanlar baş vermiş zəlzələlər kiçik maqnitudalı olsalar da, palçıq vulkanlarının aktivləşməsinə təsir edən amillərdəndir.

Bizim.Media xəbər verir ki, bunu apa.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, baş verən zəlzələlər kiçik maqnitudalıdır, bunlardan bir neçəsi Xəzər dənizində qeydə alınıb:

“Bu zəlzələlər ciddi fəsadlara səbəb olacaq gücə malik deyil. Zəlzələdən öncə və sonra vulkan püskürmələri gözləniləndir. Çünki yer daxilində gedən sıxılmalar, hərəkətlilik, gərginliyin toplanması palçıq vulkanlarının aktivləşməsinə səbəb ola bilir”.

Azərbaycanda bir ildə 4-5 min zəlzələnin olduğunu, bunların içərisində hiss edilənləri olduğu kimi, hiss edilməyən, kiçik maqnitudalı zəlzələlərin baş verdiyini diqqətə çatdıran Qurban Yetirmişli vurğulayıb ki, Məlikçobanlı kəndindəki palçıq vulkanı aktiv sayılsa da, zəifdir:
“Yəni Məlikçobanlı vulkanı Lökbatan, Şıxzərli, Quşçu və digər palçıq vulkanları ilə müqayisədə çox da güclü püskürmür. Bir neçə gün öncə Şamaxıda yüngül yeraltı təkanlar hiss edilmişdi. Vulkanın aktivləşməsi bunun nəticəsində ola bilər”.

Baş direktor xatırladıb ki, Məlikçobanlı kəndindəki vulkan Ağsuda zəlzələdən sonra 2019-cu ildə də püskürüb, lakin onun fəsad törədəcək, sürüşmələrə səbəb olacaq qədər püskürməsi gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cəsarətli övlad böyütməyin SİRRİ - Valideynlər nə etməlidir?

Niderland kralı və kraliçası Kurasao millisi ilə rəqs etdilər - VİDEO

Sevastopolda işıqlar söndürülür, Krımda benzin satışı tamamilə dayandırıldı

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirildi

Niger Məsləhət Şurasının sədri Azərbaycana gəldi

ABŞ və İran nümayəndə heyətləri sülh danışıqları üçün İsveçrəyə gəliblər - VİDEO

FHN-dən küləkli hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Vens: İsveçrədə İranla danışıqlarda əsas prioritet nüvə sahəsi və Livandakı atəşkəsdir

Boksçumuz Dünya Kubokunda qızıl medal qazandı - FOTO

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil oldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

End of content

No more pages to load

RADİO