Bu gün səhər Qubanın Xınalıq kəndinə 5 sm, Qrız kəndinə isə 2 sm qar yağıb.
Bizim.Media xəbər verir ki, Xınalıqda 10, Qrızda 8 fərəcə şaxta müşahidə edilib.
Yerli sakinlər bu çərşənbə də yağıntının olmasını təbiətin göndərdiyi bərəkət rəmzi hesab edirlər.
Çünki yaz aylarından başlayaraq əhalinin suvarma suyuna olan tələbatı artdığından onlar yağıntının daha çox olmasını arzu edirlər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu