Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 m² sahədə, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qaz sobası yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Sabunçu rayonunda da yanğın olub. Belə ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 7 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media