Gəncədə yaşlı qadını maşın vuraraq öldürdü.
Gəncədə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin F.Əliyev küçəsində qeydə alınıb.
Hərəkətdə olan "VAZ "markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 65-70 yaş arasında olan qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu