Vətən müharibəsi şəhidinin xatirəsinə şahmat yarışı keçiriləcək - FOTO

Vətən müharibəsi şəhidi baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə Zəfər Kuboku təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun təşkilatçılığı ilə baş tutacaq.

Aprelin 20-də oğlanlar və qızlar arasında keçiriləcək Zəfər Kuboku saat 19:00-da start götürəcək. Yarışın açılış mərasimi isə saat 14:00-da olacaq.

Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb, məktəbi fərqlənmə ilə bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib, "Xəmsə" və "Breyn Rinq" yarışmalarına qatılıb. 2012-ci ildə Universiteti qırmızı diplomla başa vurub. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub.

2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb.

2016-cı ilin fevral ayından etibarən hərbçi kimi xidmətə başlayıb. İlkin Məmmədzadə Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxaran baş leytenant oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubu pandemiya dövründə müntəzəm olaraq onlayn yarışlar təşkil edir.

Daha əvvəl Qubadan olan Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə beynəlxalq Zəfər Kuboku keçirilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

DÇ-2026-nın əsas favoritləri – SİYAHI

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Kim Çen İndən uşaq corablarının dizaynı ilə bağlı QƏRİBƏ TƏKLİF

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

Ukrayna Rusiya sərhədindən 1500 kilometr uzaqlıqdakı qaz obyektlərini vurdu

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

“Qarabağ”ın legioneri İngiltərə klublarının HƏDƏFİNDƏ

Tramp iki dünya supergücünün adını açıqladı

Tramp iki dünya supergücünün adını açıqladı

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

Avropa İttifaqı Rusiya-Ukrayna atəşkəsini peyklərlə izləyəcək

DYP-dən sürücülərə MÜRACİƏT

DYP-dən sürücülərə MÜRACİƏT

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Rusiyada gecəboyu partlayış səsləri eşidilib

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

103 yaşlı həkim uzunömürlülüyün- 3 sirrini açıqladı

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Futbolsevərlərin NƏZƏRİNƏ: Azərbaycan Kubokunda FİNALDIR

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

Kremldə güclü yanğın oldu – 5 nəfər xilas edildi - VİDEO

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

ÜST-dən hantavirusla bağlı- Xəbərdarlıq

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

İctimai nəqliyyatdan istifadə edənlərin DİQQƏTİNƏ - 1000 manatadək CƏRİMƏSİ VAR

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Kafe sahibini bıçaqlayan şəxsə 6 il HƏBS CƏZASI

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

Qaxda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Qaxda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla GEDƏ BİLƏCƏYİK

Dərnəgüldən Azərbaycanın regionlarına qatarla GEDƏ BİLƏCƏYİK

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının 4-cü mərhələsi keçiriləcək

“Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video

“Survivor”da faciə - İştirakçının ayağı amputasiya edildi - Video

4 rayonun bu ərazilərində qaz olmayacaq

4 rayonun bu ərazilərində qaz olmayacaq

End of content

No more pages to load

RADİO