Azərbaycan Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Universitetin travmatologiya və ortopediya kafedrasının müəllimi, həkim Mehdi Cəfərov bir müddət əvvəl koronavirusa yoluxub.
O, bu gün səhər müalicə olunduğu 1 saylı Kliniki Tibbi Mərkəzdə COVID-19 xəstəliyindən vəfat edib.
Bizim.Media