Qərbi Azərbaycan Xronikası: Bəstəkar Səid Rüstəmovu İrəvandan köçməyə məcbur etdilər - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşı qətlə, bacısı təcavüzə məruz qalan bəstəkarın qaçqınlıq həyatı” adlı süjet hazırlanıb.

Bizim.Media xəbər verir ki, verilişdə qədim İrəvanın Azərbaycan musiqi sənətinə verdiyi ən dəyərli simalardan biri, Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Səid Rüstəmovun İrəvandan məcburi köçməsindən bəhs olunur.

Bildirilib ki, 1907-ci il mayın 12-də İrəvanın Şəhər məhəlləsində anadan olan Səid Mirəli oğlu Rüstəmovun evləri İrəvanda, Göy məscidin yanında idi. Türkiyədən qayıtdıqdan sonra evlərini dağılmış görən Rüstəmovlar ailəsi 1919-cu ildə Gəncəyə köçürlər. Burada Səidin böyük qardaşı Mir Hüseyn ermənilər tərəfindən öldürülür. Ailə Gəncədə çox qalmır və Ağdaşda məskunlaşır.

Süjetdə vurğulanıb ki, bəstəkar, dirijor və pedaqoq kimi tanınan, fəaliyyəti və həyatı boyu vətən nisgili yaşayan sənətkar 1983-cü il iyunun 10-da Bakıda dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub.

Diqqətə çatdırılıb ki, ictimai xadim kimi də tanınan Səid Rüstəmov yaradıcılığında yaşadığı yanğıları, nisgilini əsərləri ilə izhar edib.

Süjetdə şahidlər Rüstəmovlar ailəsinin acı taleyindən faktlarla söhbət açırlar.

Daha ətraflı süjetdə:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

“İncirlik” bazasında daha bir “Patriot” yerləşdirilir

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

Riçard Almeydanın yeni klubu BƏLLİ OLDU

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

“Çimməyə 5 dəqiqə vaxt verirdi” - Qayınanasını öldürməyindən danışdı

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Sosial-əyləncə proqramlarının dayandırılmasının PƏRDƏARXASI

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Hindistanlı həkimlər və tələbələr İrandan Azərbaycana GƏLDİ – FOTO

Ququşdan İran xalqına çağırış

Ququşdan İran xalqına çağırış

Bayram günlərində metro bu qrafiklə işləyəcək

Bayram günlərində metro bu qrafiklə işləyəcək

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

İrandan xarici vətəndaşların təxliyəsi davam edir - FOTO

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Daha 7 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşdi

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Zaurun yerinə Nanə gəlir? - İDDİA

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Tofiq Zülfüqarov söyüş blogerlərini İFŞA ETDİ

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

Bu klinikada tibb təhsili olmayan "həkimlər" çalışırmış

SABAHIN HAVASI - 20 dərəcə isti olacaq

SABAHIN HAVASI - 20 dərəcə isti olacaq

Lalə Azərtaşın bağlandığı iddia olunan verilişi DAVAM EDƏCƏK

Lalə Azərtaşın bağlandığı iddia olunan verilişi DAVAM EDƏCƏK

Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirdi – FOTO

Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirdi – FOTO

686 km-lik mağara digərlərindən fərqlidir: Unikal heyvanlar yaşayır

686 km-lik mağara digərlərindən fərqlidir: Unikal heyvanlar yaşayır

Bakıda 11-ci sinif şagirdi imtahan günü VƏFAT EDİB - ÖZƏL/FOTO

Bakıda 11-ci sinif şagirdi imtahan günü VƏFAT EDİB - ÖZƏL/FOTO

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Builki tonqallarda neçə nəfər yanıq xəsarəti alıb?

Azərbaycanda hakimiyyət dəyişikliyinin sifarişi hansı ölkədən gəlib? – VİDEO

Azərbaycanda hakimiyyət dəyişikliyinin sifarişi hansı ölkədən gəlib? – VİDEO

Con Kennedinin Madonna ilə qalmaqallı romanı - Onilliklər sonra üzə çıxan DETALLAR

Con Kennedinin Madonna ilə qalmaqallı romanı - Onilliklər sonra üzə çıxan DETALLAR

Xaricdəki şantaj qrupunun görüntülərindən istifadə etdiyi qız kimdir? – VİDEO

Xaricdəki şantaj qrupunun görüntülərindən istifadə etdiyi qız kimdir? – VİDEO

23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

23 azərbaycanlı Almaniyadan geri QAYTARILDI

End of content

No more pages to load

RADİO