Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq artisti Eldar Tofiq oğlu Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bizim.Media xəbər verir ki, nekroloqda deyilir:

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və ssenarist, respublika Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 2021-ci il aprelin 16-da ömrünün 81-ci ilində vəfat etmişdir.
 

MÖVZU İLƏ BAĞLI:

Rejissor Eldar Quliyev vəfat etdi 


Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1958–1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi işləmiş, 1960–1966-cı illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino rejissoru ixtisası üzrə ali təhsil almışdır.

Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışmışdır.
 

O, 1986-cı ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olmuş, 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilmişdir.


Dünya kinematoqrafiyasının nailiyyətlərindən və qabaqcıl təcrübəsindən daim bəhrələnən Eldar Quliyev Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazmışdır. Sənətkarın ideya dərinliyi ilə seçilən, ictimai-siyasi hadisələr fonunda insan mənəviyyatının təhlilini xüsusi diqqətdə saxlayan və xeyirxahlıq, məsuliyyət, humanizm aşılayan zəngin yaradıcılığı mədəniyyətimizin qızıl fondunda layiqli yer tutur.

Eldar Quliyevin “Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmləri Azərbaycan kinematoqrafiyasının nailiyyətləridir.

Məzmun rəngarəngliyi və mövzu aktuallığı, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Eldar Quliyev sənətinin özünəməxsus cəhətlərini təşkil edir.

Yaradıcılıq palitrası rəngarəngliyi ilə səciyyələnən sənətkar tamaşaçını ayrı-ayrı dövrlərin müasirinə çevirməyi bacarırdı. Onun xalqımızın keçmişinə ehtiram ifadə edən tarixi filmlərinin milli-mənəvi dəyərlərimizin təbliğində və gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyəsində əhəmiyyətli rolu vardır.

Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirmişdir. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
 

Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməmişdir. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.


Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını almış, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüş, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Eldar Tofiq oğlu Quliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Anar Kərimov

Emin Əmrullayev

Şəfiqə Məmmədova

Anar Rzayev

Fərhad Xəlilov

Azər Paşa Nemətov

Oqtay Mirqasımov

Rasim Balayev

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfat edən 21 yaşlı əsgər tanınmış incəsənət xadiminin oğlu İMİŞ – ÖZƏL

Vəfat edən 21 yaşlı əsgər tanınmış incəsənət xadiminin oğlu İMİŞ – ÖZƏL

Bu İnstitutun əməkdaşlarına “Tərəqqi” medalı verildi – ADLAR

Bu İnstitutun əməkdaşlarına “Tərəqqi” medalı verildi – ADLAR

Şahin Şıxlinskinin məhkəməsi başladı

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salındı – VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salındı – VİDEO

Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı SƏRƏNCAM

DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi- FOTO

DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi- FOTO

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

SON DƏQİQƏ! Gürcüstanda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Gürcüstanda ZƏLZƏLƏ oldu

Monteneqro XİN başçısı Azərbaycana GƏLİR

Monteneqro XİN başçısı Azərbaycana GƏLİR

21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ

21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ

Xatirə Yeni il şənliyi üçün Xankəndinin yerinə, Moskvanı seçdi? – AÇIQLAMA – VİDEO

Xatirə Yeni il şənliyi üçün Xankəndinin yerinə, Moskvanı seçdi? – AÇIQLAMA – VİDEO

Prokuror Vardanyanın ömürlük həbsini TƏLƏB ETDİ

Prokuror Vardanyanın ömürlük həbsini TƏLƏB ETDİ

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

Cəsəd parçalarını bəzək əşyası kimi satırmış - DƏHŞƏTLİ CİNAYƏT

Cəsəd parçalarını bəzək əşyası kimi satırmış - DƏHŞƏTLİ CİNAYƏT

Bakıda daha bir evin bünövrəsi çökür – FOTO/VİDEO

Bakıda daha bir evin bünövrəsi çökür – FOTO/VİDEO

Əhməd İsmayılov: “Türk ölkələrinə qarşı dezinformasiya dalğası genişlənir”

Əhməd İsmayılov: “Türk ölkələrinə qarşı dezinformasiya dalğası genişlənir”

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Zelenski: “Rusiyanın mövqeyini bilirik, Donbası tamamilə işğal etmək istəyirlər”

Zelenski: “Rusiyanın mövqeyini bilirik, Donbası tamamilə işğal etmək istəyirlər”

Gümüşün qiyməti rekord həddə ÇATDI

Gümüşün qiyməti rekord həddə ÇATDI

Sabah bu ərazilərdə 13 dərəcə şaxta olacaq

Sabah bu ərazilərdə 13 dərəcə şaxta olacaq

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

Bakı Limanına ən çox bu ölkədən yüklər gəlir – RƏSMİ

Bakı Limanına ən çox bu ölkədən yüklər gəlir – RƏSMİ

Rusiya azərbaycanlı döyüşçüdən üz döndərdi: Əl-ayaqlarını itirib - FOTO/VİDEO

Rusiya azərbaycanlı döyüşçüdən üz döndərdi: Əl-ayaqlarını itirib - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO