Bakı Fəlsəfə Akademiyası yubileyini qeyd edir – Gənc filosoflarla müsahibə - VİDEO

Bakı Fəlsəfə Akademiyası fəlsəfə, sənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və blog yayımlayan çox məzmunlu düşüncə platformasıdır. Akademiya bir qrup gənc tədqiqatçı tərəfindən yaradılıb və əsas məqsədi Azərbaycanda fəlsəfənin inkişafına töhvə vermək, bu istiqamətdə video tərcümə, səsləndirmə, kitab və xarici dildəki məqalələrin tərcüməsini həyata keçirməkdir.

Bizim.Media gənclərin yaradıcı layihələrinə dəstək verməkdə davam edir. Bu dəfəki mühasiblərimiz Bakı Fəlsəfə Akademiyasının kollektividir.

Həyatlarını fəlsəfəyə həsr edən bu gənclər artıq bir ildir ki, müntəzəm olaraq fəlsəfə istiqamətində fəaliyyətlə məşğuldurlar.

Əsas amalları fəlsəfəni hər kəsə sevdirmək olan gənclər, bu günədək gördükləri işlərlə iddialı olduqlarını sübut edirlər.

“Hər kəs üçün fəlsəfə” bu gənclərin əsas şüarıdır. Onların fikrincə, fəlsəfə heç də auditoriylarda tədris olunan sıxıcı bir fənn deyil. Əksinə düzgün tədris olunduğu zaman təkcə insanların yox, bütün cəmiyyətin inkişafına müsbət tövhə verəcək düşüncələrdir.

İlk olaraq Akademiyanın qurucularından Qoşqar Abbasla söhbətləşirik. Qoşqar Türkiyənin “Ondokuz Mayıs” Universitetində magistr dərəcəsində fəlsəfə təhsili alır.

Onun sözlərinə görə, Bakı Fəlsəfə Akademiyasının yaradılması ciddi zərurətdən meydan gəlib. Təhsil aldıqları dövrdə Azərbaycan dilində yetərli ədəbiyyat olmadığını qeyd edən Qoşqar, əsas məqsədlərinin bu sahədə işlər görmək olduğunu bildirir.

Artıq Akademiya Azərbaycan dilində 4 tərcümə kitab yayımlayıb. Bir neçə kitabın isə tərcümə prosesi yekunlaşmaq üzrədir. Kitablar fəlsəfəyə giriş xarakterlidir və hər kəsin çox asanlıqla oxuyub başa düşəcəyi qəbildəndir. Üstəlik Akademiya daha çox insanın faydalanması üçün kitabları tam təmənnasız və ödənişsiz şəkildə oxuculara təqdim edir.

Lakin Akademiyanın fəaliyyəti sadəcə kitab tərcümələri ilə yekunlaşmır. Daha çox izləyicinin diqqətini cəlb etmək və daha çox insana xitab etmək məqsədilə Bakı Fəlsəfə Akademiyası xüsusi animasiya videoların səsləndirilməsini həyata keçirir.

Qoşqar Abbasın sözlərinə görə, son bir ildə dünyaca məşhur “The School of Life” kanalının videoları ilk dəfə öz dilimizə tərcümə edilib və səsləndirməsi həyata keçirilib.

Dili sadə və hər kəs tərəfindən anlaşıla bilən bu videolar bir çox izləyicinin fəlsəfəyə olan marağını daha da artırıb. Artıq Akademiya tərəfindən 40-a qədər belə video Azərbaycan dilində tərcümə edilib və səsləndirilib.

Bakı Fəlsəfə Akademiyasının pandemiya ilə əlaqədar öz fəaliyyətini sosial şəbəkələr üzərində apardığını qeyd edən Şahlar Ruhi isə gənc yazar, həm də psixoloqdur. Onun sözlərinə görə, müasir dövrdə sosial şəbəkələr daha çox insana çatmaq üçün ən yaxşı vasitədir. Akademiyanın rəsmi saytının da mövcud olduğunu bildirən Şahlar, burada müxtəlif məqalə tərcümələrinə, blog və müəllif yazılara yer verdiklərini də qeyd edir.

Sosial şəbəkələrdə hər həftə xüsusi canlı yayım proqramlar, vebinar və təlimlər təşkil edən gənc filosoflar, bir sıra tanınmış şəxsləri, o cümlədən xarici fəlsəfəçiləri də bu layihələrə dəvət edir. “Tanıdığımız və həqiqətən savadına bələd olduğumuz tanınmış şəxsləri canlı yayımlarımıza dəvət edirik. Bu bizə tanınmış şəxslərlə xoş müzakirə imkanı verir, həm də izləyicilərimizə ciddi mövzular üzrə ciddi fikirlər təqdim edə bilirik”, deyə Fərid Kazımov qeyd edir. Öz magistr təhsilini Macarıstanda tamamlayan Fərid Kazımov, eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimdir.

Hər hansı maliyyə qaynaqları olmadığını qeyd edən gənclər, bütün bu işləri könüllü şəkildə və öz hesablarına həyata keçirdiklərini bildirirlər.

“Biz tələbə olanda bu cür problemlərlə çox qarşılaşmışıq, bizdən sonrakı nəsillərin isə oxşar problemləri yaşamasını istəmirik. Bizim əlimizdən indiki anda bu gəlir. Çünki biz bu sahənin insanıyıq, işimiz, fəaliyyətimiz fəlsəfə ilə bağlıdır. Biz varkən başqasından gəlib fəlsəfə sahəsində iş görməsini gözləyə bilmərik”, deyə Araz Əliyev qeyd edir. Araz Əliyev Bakı Dövlət Universitetinin doktorantı, həm də gənc müəllimdir.

Hazırda təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirən Aqşin Aşırov isə uğurlarının sirrini dostluq münasibətlərində görür. Onun sözlərinə görə dostluq, qarşılıqlı anlaşma olmasa, könüllü şəkildə bu qədər işləri görmək mümkün olmazdı. O, hazırda pandemiya ilə əlaqədar ancaq online fəaliyyət göstərən Akademiyanın, gələcəkdə təlimlər, kitab müzakirələri və təqdimatlar keçirməyi də hədəflədiyini qeyd edir.

Şəxsi karyeralarında olduqca uğurlu olan gənclər Bakı Fəlsəfə Akademiyası adı altında da yeni uğurlara imza atmağa davam edirlər. Qarşıda yeni və daha maraqlı layihələrin olduğunu bildirən filosoflar Akademiyanın uğurlu gələcəyi üçün çalışdıqlarını qeyd edirlər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaş saçlarla yatsanız, nə baş verər?

Yaş saçlarla yatsanız, nə baş verər?

Trampdan Venesuelaya müharibə XƏBƏRDARLIĞI – VİDEO

Trampdan Venesuelaya müharibə XƏBƏRDARLIĞI – VİDEO

Alimlər cəhənnəmi tapdılar - FOTO

Alimlər cəhənnəmi tapdılar - FOTO

Arvadını valideynlərinin gözləri qarşısında bıçaqlayan şəxsə CƏZA VERİLDİ

Arvadını valideynlərinin gözləri qarşısında bıçaqlayan şəxsə CƏZA VERİLDİ

Benzin mühərrikli maşınlara GERİ DÖNÜŞ – Elektromobil trendi sona ÇATIR?

Benzin mühərrikli maşınlara GERİ DÖNÜŞ – Elektromobil trendi sona ÇATIR?

Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - VİDEO

Ürəyinə stent qoyulan müəllim təcili yardımın gec gəlməsinə görə dünyasını dəyişib? - VİDEO

Tramp: “11 ay əvvəl xaosu miras aldım, indi isə..” - VİDEO

Tramp: “11 ay əvvəl xaosu miras aldım, indi isə..” - VİDEO

BİZİM TƏQVİM:18 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:18 dekabrda baş vermiş tarixi hadisələr

Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA

DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

Şəkər dişlərə hansı təsiri göstərir?

Şəkər dişlərə hansı təsiri göstərir?

PSJ Qitələrarası Kuboku QAZANDI

PSJ Qitələrarası Kuboku QAZANDI

Bahar şəxsi həyatından DANIŞDI: “Qəlbim doludur, amma onu yanımda istəmirəm” - VİDEO

Bahar şəxsi həyatından DANIŞDI: “Qəlbim doludur, amma onu yanımda istəmirəm” - VİDEO

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

End of content

No more pages to load

RADİO