Düşmən tankını qənimət götürən şəhid Orxan Balayevi tanıyaq - FOTOLAR

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı yeniyetmə yaşlarından hərbçi olmağı arzulayırdı. 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Orxan üç aylıq gizirlik kursunu uğurla keçərək Vətənə xidmətini davam etdirib.

Bizim.Media xəbər verir ki, Orxan Balayev Vətən müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub.

Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. Ailəyə onun itkin düşməsi barədə məlumat verilib.

Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olan qəhrəman döyüşçü doğma kəndində dəfn edilib.

“Əsgərlikdən qabaq da hərbi məktəblərə qəbul olmaq istəyirdi. Alınmadı. Amma xidmətini başa vurub gələndən sonra hərbiçi kimi işləmək istədiyini bildirdi. Gizirlik kurslarını bitirib xidmət etdiyi hərbi hissədə qaldı. Vətən müharibəsi başlayanda döyüşlərə qatıldı.

Talış və Suqovuşanın azad olunması uğrunda qəhrəmancasına döyüşdü. Oktyabrın 6-da zəng vurdu, danışdıq.

Dedi ki, “telefonuna zəng çatmasa narahat olmayın”. Ondan sonra on gün zəng gəlmədi. Narahat olub maraqlanmağa başladım. Oktyabrın 15-dən Orxanı itkin düşmüş kimi qeydiyyata aldılar. Sonradan bildirdilər ki, Orxan oktyabrın 8-də döyüşlər zamanı şəhid olub. Noyabrın 30-da oğlumu kənd qəbiristanlığında dəfn etdik” -, deyə şəhidin atası Vidadi Balayev söyləyib.

Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib.

O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, tezliklə qələbə qazanacağımızı bildirirdi.

“Sonuncu dəfə danışanda dedi ki, “ana narahat olma. Hər şey yaxşıdır. Torpaqlarımızı düşməndən azad edib qayıdacağıq. Ölməyə yox düşməni öldürməyə gedirik”. İki bacının tək qardaşı, evimin işığı idi. Elə indi də yolunu gözləyirəm...”, - deyə şəhidin anası Məlahət Balayeva söyləyib.

Şəhid Orxan Balayev Alpan kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

Madriddə əhali İsrail komandasının yarışda iştirakına qarşı çıxdı

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

"Fənərbaxça" öz meydanında "Trabzonspor"a qalib gəldi

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Qurban Qurbanov axtardığını tapdı - Yeni hücumçunu tanıyın!

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Konqoda 2 gəmi batdı - 200-dən çox insan həlak oldu

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

Polşa öz ərazisində NATO qüvvələrinin yerləşdirilməsinə razılıq verdi

"Neftçi" "Sabah"la bərabərə qaldı

"Neftçi" "Sabah"la bərabərə qaldı

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Özbəkistanda qatar avtomobillə toqquşdu: 6 ölü var

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Azərbaycanda Bilik Günüdür

Azərbaycanda Bilik Günüdür

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

Çinin Şandun əyaləti üzərində partlayış - VİDEO

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

“Biz Üçüncü dünya müharibəsinin astanasındayıq” - Berns

Renka daha bunu etməyəcək

Renka daha bunu etməyəcək

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

İlham Əliyevin azyaşlı ilə səmimi dialoqu - VİDEO

Göygöldə qəza: 2 yaralı var

Göygöldə qəza: 2 yaralı var

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Sabunçuda yenə eyni mənzərə - VİDEO

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Braziliya prezidenti Trampı dialoqa çağırdı

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə erməninin silahlı təxribata hazırlıq görməsinin görüntüləri yayıldı - VİDEO

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Xankəndidə yaralanan polis Bakıya gətirildi

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Sökülən evlərin sakinləri ilə tikinti şirkətləri arasında kompensasiya DAVASI

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Zelenski Rusiyanın neft emalı zavodlarına edilən zərbələrin əhəmiyyətindən danışdı

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

Qohum evliliyi qadağasından sonra nikahların sayı AZALDI - VİDEO

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

Tramp Avropaya görün hansı şərti qoyub?

Tramp Avropaya görün hansı şərti qoyub?

İlk dəfə anasını paylaşdı - FOTO

İlk dəfə anasını paylaşdı - FOTO

End of content

No more pages to load

RADİO