Qubadlı məscidi yol tikintisi zamanı söküldü - Prezident günahkarın cəzalandırılması ilə bağlı tapşırıq verdi

İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəz məlumat yayıb.

Bizim.Media-nın xəbərinə görə, məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.

Yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi zamanı Qubadlı rayonunun Yusifbəyli kəndində yerləşən XVIII əsrə aid məscidin söküldüyü müəyyən edilib.

Məsələ barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə olunub, dövlət başçısı tərəfindən aidiyyəti strukturlara baş vermiş hadisənin araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı tapşırıq verilib.

Məlumatda qeyd olunub ki, məscid Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmışdır.

Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscidin yarıuçurulmuş vəziyyətdə olduğu və heyvanların saxlanıldığı yer kimi istifadə edilərək vandalizmə məruz qaldığı müəyyən edilib.

Uzunluğu 66 kilometr təşkil edəcək Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolun Xudafərin su anbarı və Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə start verilib.

Qubadlı rayonunun Yusifbəyli kəndində tikinti işləri aparılarkən tikilinin təyinatı barədə İdarələrarası Mərkəzə və aidiyyəti dövlət orqanlarına müraciət edilməyib və dəqiqləşdirmə aparılmadan onun söküntüsü həyata keçirilib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və subpodraçı şirkətin yolun tikintisinə məsul olan və ciddi səhlənkarlığa yol vermiş əməkdaşları barədə cəza tədbirləri görüləcək.

Həmçinin, Əlaqələndirmə Qərargahının rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və dini abidələrə nəzarətin daha da gücləndirilməsi, bərpa və yenidənqurma işləri zamanı ərazidəki tikililərin təyinatının aidiyyəti üzrə dəqiqləşdirilməsi ilə bağlı müvafiq göstəriş verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

CENTCOM İranla əlaqəli 4 gəmini sıradan çıxarıb

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq - RƏSMİ

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Vado Karovinin kürəkəni də Space TV-dən çıxarıldı - FOTO

Maurinyo “Real”la anlaşdı

Maurinyo “Real”la anlaşdı

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Prezidentin fərmanına aid olmayan taksi və avtobusların aqibəti necə olacaq? - RƏSMİ

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Müəllimi Putini ölkəsinin vətənpərvəri adlandırdı

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Hörmüz boğazı üçün bədbin PROQNOZ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Dünyanın ən sağlam ədviyyatı SEÇİLDİ

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

Azərbaycanda 50 minə Qurani-Kərim satılır – FOTO

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

İran səfiri Küveyt XİN-ə ÇAĞIRILDI

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Şahbaz Şərif: “Sevimli qardaşımla söhbət etməkdən məmnun oldum”

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Fitso ölkəsinin hərbi münaqişələrə dair qəti mövqeyini AÇIQLADI

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

Rəqsanə tanınmaz hala DÜŞDÜ - FOTOLAR

End of content

No more pages to load

RADİO