Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində məqalə hazırlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin saytında məlumat yer alıb.
Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);
Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək. Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.
Bizim.Media