“Yaşıl Marafon” çərçivəsində bal verən ağaclar əkildi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində Bərdə rayonunda bal verən ağacların əkilməsi üzrə kütləvi aksiya keçirilib.

Bizim.Media xəbər verir ki, Birlikdən verilən məlumata görə, aprelin 9-da könüllü gənclərin iştirakı ilə baş tutan aksiya zamanı 1250 ədəd göyrüş və 625 ədəd akasiya ağacları əkilib.

“Yaşıl marafon” layihəsi üzrə təşkil edilən aksiya eyni zamanda, IDEA İctimai Birliyinin ölkədə ekosahibkarlığın inkişafına dəstək layihəsinə töhfə vemək baxımından mühüm əhəmiyyət kəsb edir.
 

MÖVZU İLƏ BAĞLI:

“Yaşıl Marafon”: Bakıda ağacəkmə aksiyaları keçirildi - FOTO


Sözügedən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların Azərbaycanda arealını artırmaq, eyni zamanda ölkədə arıçılığın inkişafına dəstək verilməsindən ibarətdir.

Məlumdur ki, arı və digər tozlandırıcıların biomüxtəlifliyin mühafizəsində oynadığı vacib rolu nəzərə alaraq, arıçılıq kənd təsərrüfatının ekoloji baxımdan ən təhlükəsiz və faydalı növü hesab edilir.

Bal verən arılar bitkilərin tozlanmasında fəal iştirak edərək onların məhsuldarlığını artırır və davamlılığını yüksəldir. Bitkilər aləminin inkişafı və arıların varlığı bir-birindən asılıdır.

Arılar və bəzi başqa həşəratlar bitkiləri tozlandıraraq təkcə bitkilərin fərdi bərpasını yox, həm də müəyyən növlərin inkişafını təmin edir.

Ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasında, eyni zamanda, iqlim dəyişmələri ilə bağlı təsirlərin minimuma endirilməsində əvəzsiz rolu olan yaşıllıqların artırılmasına xüsusi önəm verən IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkəmizin digər rayonlarında da genişmiqyaslı ağacəkmə tədbirlərini davam etdirir.

Yaz və payız mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağac əkilməsini hədəfləyən layihə tərəfdaşları hər kəsi bu təşəbbüsə dəstək olmağa və təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

"Bitcoin"in qiyməti yenidən 81 min dolları ötdü

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: Boş vaqonları əvvəlcədən görə biləcəksiniz

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

“Avropalılar İrəvanı da buna cəlb etdilər" – RƏSMİ MOSKVA

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Yanan anbardakı mallar çıxarılır – FOTO-VİDEO

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

Qadın sürücü Bakıda ağır qəza törətdi – ÖLƏN VAR

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

ABŞ İran yaxınlığında 20-dən çox hərbi gəmi yerləşdirib

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

“Bakı–Xankəndi” beynəlxalq velosiped yarışının 3-cü mərhələsi BAŞLADI - FOTO

Ukrayna gecə saatlarında Rostov vilayətinə hücum etdi

Ukrayna gecə saatlarında Rostov vilayətinə hücum etdi

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Güləş turnirindən sonra qalibin atası öldürüldü

Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməyəcək

Rusiya XİN: Qərb Cənubi Qafqazda Rusiyanı əvəz edə bilməyəcək

Tramp bu gün Çinə yola düşür

Tramp bu gün Çinə yola düşür

İran aviasiyasını Pakistan və Əfqanıstana köçürüb?

İran aviasiyasını Pakistan və Əfqanıstana köçürüb?

Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı... - VİDEO

Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı... - VİDEO

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

Yazda pəncərənin qarşısına niyə qaşıq qoymaq lazımdır?

BƏƏ İrandakı neft emalı zavoduna zərbə endirib

BƏƏ İrandakı neft emalı zavoduna zərbə endirib

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Rusiya XİN: Aİ Ermənistanı Rusiyadan qoparmağa çalışır

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Kəmaləddin Heydərov yanğın baş verən ərazidə - VİDEO

Dünya interneti İranın nəzarətinə keçir

Dünya interneti İranın nəzarətinə keçir

Mütləq bəxti gətirəcək 3 bürc

Mütləq bəxti gətirəcək 3 bürc

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO-VİDEO

ÜST: 42 günlük karantin elan edilsin

ÜST: 42 günlük karantin elan edilsin

End of content

No more pages to load

RADİO