Təmtəraqlı TOY ERASI bitdi - “May ayından toylara yeni modellə icazə verilsin” - TƏKLİF 

Bir ildən çoxdur ki, dünya səhiyyəsi koronavirus pandemiyası ilə mübarizədə aciz qalıb. Ölkədə yoluxma faktı aşkar olunduğu müddətdən indiyədək toy, yas və kütləvi tədbirlərlərlə bağlı qadağa qüvvədən düşməyib.

Mart ayından başlayaraq Azərbaycanda yoluxma sayının artması karantin tədbirlərinin daha da sərtləşəcəyindən, toy qadağasının isə hələ uzun müddət qüvvədə qalacağından xəbər verir.

Toy barədə ümidləri alt-üst olan insanların indi yalnız bir istəyi var. Çox az sayda insanların iştirakı ilə açıq hava və məkanlarda toyların keçirilməsinə rəsmi icazənin verilməsidir.

Əslində toy barədə yeni modelin təklifi uzun müddətdir ki, deputatlar və müstəqil ekspertlərin dilindən eşidilir. Ümumiyyətlə isə toy keçirilməməsi, gələcəkdə ciddi problemlərin carçısı kimi qiymətləndirilir.

Bizim.Media-ya bu barədə danışan sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, keçmişdə təşkil edilən toy modelindən istifadə etməklə mərasimlərə rəsmən icazə verilməlidir:
 

“Birdəfəlik anlamaq lazımdır ki, artıq təntənəli və təmtəraqlı toy mərasimlərinin keçirilməsi dövrü bitir. Toylar hökmən olmalıdır, amma formatı dəyişilməli və yeni model üzərində həyata keçirilməlidir.


Toylara rayon, kənd yerlərində öz həyətlərində, paytaxtda isə restoranların açıq və bağçalı məkanlarında icazə verilməlidir. Bu, yeni bir şey deyil, atalarımız, baba və nənələrimizin dövründə də belə idi. Hətta 3 gün toy edənlər olub. Nə zaman ki, toy mənfəət əldə etmək və biznes yaratmaq məqsədinə çevrildi, köhnə toy modelimiz korlandı. İndi nə edirlər? Millətə stulu və yeməyi 5 qata satırlar. Toy mafiyası bizə imkan vermir ki, dədə-baba yolu ilə toy ənənəmizə qayıdaq”.

Sosioloqun təklifinə görə may ayından başlayaraq noyabra qədər açıq havada toya icazə verilməlidir:

“Toyların keçirilməməsi düzgün deyil. Çox az sayda dəvətliləri toplamaq, hətta çağırılanları saatına görə dəyişməklə toy etmək ən məqbul variantdır. Müşahidələr göstərir ki, bir ildən çoxdur qadağası qalan toy insanlar arasında psixoloji gərginliyi artırıb. Demokrafiq vəziyyət pozulub. Doğulan uşaqların sayı azalıb.  Bizim şou-biznes əhli də toyların keçirilməməsindən şikayətlənir. Amma vacib tələbə əməl etməliyik.
 

Toylarımızda ilk növbədə təmtəraqlı yemək süfrələri yığışdırılmalıdır. Yemək məclisi olmasa 100-200 manat toy pulu salmağa da ehtiyac qalmaz. Valideynlər də müəyyən qədər qazanar.


O vaxt məgər toyda yemək verirdilər? Yemək vermək möhtəkirlikdir. Restoran sahibləri stulun birini insanlara 70-100 manata satırlar və əsas da gətirirlər ki, süfrəyə 60 növ yemək çeşidi qoyulur.  Halbuki qalan yeməklər sonrakı toylarda istifadə edilir və bunun 5 qatını çıxarırlar. Toy edənə 60 növ yeməyi götürməyə ixtiyar verilmir. Bu, böyük bir sosial bəladır. Düşünürəm ki, koronavirusun müsbət cəhəti təmtəraqlı toyları sıradan çıxarmaq olardı”.

Sosioloq qeyd edib ki, insanlar başa düşməlidir ki, yer üzündə yeni era başlayıb:

“Biz iki ilə qədərki toy modelinə qayıda bilmərik. Virusun biri bitib digəri gələcək və infeksiyalı illərimiz ömrümüzün sonuna qədər davam edəcək. Ona görə də təhlükəsizliyimizi qorumalıyıq.
 

Təmtəraqlı toy modellərinin üstündən xətt çəkə bilməyənlər gerizəkalılıq edir. O toy bitdi. Toy süfrəsinə sadəcə olaraq müxtəlif növ şirniyyat və şirələr qoyula bilər.


Pandemiya dövründə tibbi nöqteyi nəzərdən toylarda xüsusi nəzarətçi və ya polis əməkdaşı da cəlb edilə bilər. Onlar toy zamanı karantin qaydalarını pozan  şəxsləri elə oradaca cərimələyə bilərlər və biz bunu qəbul edərik. Bununla davranış nümunələrimizi öyrənmiş olarıq və toyda təhlükəsizliyimiz qorunar. Biz buna məcburuq, başqa yolumuz yoxdur”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Lökbatanda yanğının söndürülməsinə helikopterlər cəlb olundu – VİDEO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO

Səhər saatlarında Sabirabadda dəhşətli qəza: Ölən və yaralananlar var - FOTO

ÜST: 42 günlük karantin elan edilsin

ÜST: 42 günlük karantin elan edilsin

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

Tramp: Vens və Rubio ABŞ-nin növbəti prezident seçkiləri üçün güclü namizədlərdir

Lökbatanda güclü yanğın – VİDEO

Lökbatanda güclü yanğın – VİDEO

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

End of content

No more pages to load

RADİO