Yazıçı Kəramət Böyükçölün anası və bacısı koronavirusa yoluxub. Onların vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə yazıçı feysbuk hesabında paylaşım edib.
''Anam və bacım xəstəxanaya yerləşdirildi. İkisinin də halı yaxşı deyil. Adam özünü o qədər əlacsız və çarəsiz hiss edir. Özüm yadımdan çıxmışam.
Bilmirəm necəyəm. Özümü çıxıram, mənə nə olur olsun, Allah, Azərbaycan səhiyyəsi, həkimlər, acizanə şəkildə xahiş edirəm, anam da, bacım da, sağ-salamat evə qayıtsınlar''.
Bizim.Media
