Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliyyətə başladı - FOTO

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, aprel ayının 8-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlanıb.

Bu münasibətlə təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İsmayıl Əkbərov çıxış edib, DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması, bu ərazilərdə qısa müddət ərzində ardıcıl olaraq yeni hərbi hissələrin fəaliyyətə başlamasının, zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının dövlət sərhədlərimizin etibarlı mühafizə altına götürülməsi prosesi çərçivəsində qarşıya qoyulmuş tapşırıqların uğurla icra edilməsi baxımından böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunub.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azarkeşlərin tənqidi ucbatından klub prezidenti İSTEFA VERDİ

Azarkeşlərin tənqidi ucbatından klub prezidenti İSTEFA VERDİ

İranda Ana heykəli mübahisə yaratdı - Din və sənətin sərhədi haradan keçir?

İranda Ana heykəli mübahisə yaratdı - Din və sənətin sərhədi haradan keçir?

Britaniya Rusiya neft-qaz şirkətlərini “qara siyahı”ya SALDI

Britaniya Rusiya neft-qaz şirkətlərini “qara siyahı”ya SALDI

Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

2025-ci ildə 20 ali təhsil müəssisəsində kiber klublar YARADILIB

2025-ci ildə 20 ali təhsil müəssisəsində kiber klublar YARADILIB

İki ay bağlı qalan Bərdə Mal Bazarı yenidən AÇILDI - FOTO

İki ay bağlı qalan Bərdə Mal Bazarı yenidən AÇILDI - FOTO

"Sabah" - "Qarabağ" matçının START HEYƏTLƏRİ

"Sabah" - "Qarabağ" matçının START HEYƏTLƏRİ

Altı bürcü xoş xəbərlər və hadisələr GÖZLƏYİR

Altı bürcü xoş xəbərlər və hadisələr GÖZLƏYİR

Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

Azərbaycan və Polşa arasında hərbi tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO

“Milan”ın hücumçusu əməliyyat olunacaq

“Milan”ın hücumçusu əməliyyat olunacaq

Rafiq Hüseynov və Roza Tağıyevanın faciəli HEKAYƏSİ – Oğullarını doğrayıb çamadana yığdılar

Rafiq Hüseynov və Roza Tağıyevanın faciəli HEKAYƏSİ – Oğullarını doğrayıb çamadana yığdılar

ABŞ elektrik raket mühərriki ilə təchiz olunmuş disk formalı peykləri orbitə ÇIXARDI - VİDEO

ABŞ elektrik raket mühərriki ilə təchiz olunmuş disk formalı peykləri orbitə ÇIXARDI - VİDEO

Bakının 16 küçə və prospektində SIXLIQ VAR

Bakının 16 küçə və prospektində SIXLIQ VAR

Qusarın Cibir sakinləri kəndin problemlərini dilə gətirdilər - FOTO

Qusarın Cibir sakinləri kəndin problemlərini dilə gətirdilər - FOTO

Finalissimanın vaxtı və yeri DƏQİQLƏŞDİ

Finalissimanın vaxtı və yeri DƏQİQLƏŞDİ

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

Paytaxtın iki küçəsində YENİLİK - FOTO

Paytaxtın iki küçəsində YENİLİK - FOTO

Meteohəssas insanların NƏZƏRİNƏ!

Meteohəssas insanların NƏZƏRİNƏ!

Ukraynanın 6 ildir axtardığı azərbaycanlı Berlində tutuldu - VİDEO

Ukraynanın 6 ildir axtardığı azərbaycanlı Berlində tutuldu - VİDEO

Estoniya Rusiyaya nota VERDİ

Estoniya Rusiyaya nota VERDİ

Xarici vətəndaşlar üçün bu ərazilərə giriş qiyməti dəyişir – SİYAHI

Xarici vətəndaşlar üçün bu ərazilərə giriş qiyməti dəyişir – SİYAHI

Yusif Eyvazov “bomj” kimi həyat yaşayır? – ÖZÜNDƏN AÇIQLAMA

Yusif Eyvazov “bomj” kimi həyat yaşayır? – ÖZÜNDƏN AÇIQLAMA

İşğal bitdikdən sonra suya qovuşan torpaqlar - Minlərlə hektar əkin sahəsinin su problemi həll olunur – FOTO

İşğal bitdikdən sonra suya qovuşan torpaqlar - Minlərlə hektar əkin sahəsinin su problemi həll olunur – FOTO

Rusiya Kupyanskı yenidən ələ keçirib? - Zaxarovadan AÇIQLAMA

Rusiya Kupyanskı yenidən ələ keçirib? - Zaxarovadan AÇIQLAMA

End of content

No more pages to load

RADİO