Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.
Bizim.Media xəbər verir ki, AzMİU-nun Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman 62 yaşında qəfil ürəktutmadan dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.
Bizim.Media