Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi - “Avangard Travel” nə baş verib?

Ölkəmizdə sahibkarlığın inkişafı sahəsində yaradılmış şəffaf və rəqabətqabiliyyətli mühitdən sui-istifadə etməklə vətəndaşların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı prokurorluq orqanları tərəfindən hüquqi tədbirlərin görülməsi davam etdirilir. 

Belə tədbirlərdən biri kimi, “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğun rəsmi instaqram səhifəsində keçirilən “sual-cavab” sessiyası zamanı daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 16 şəxsə cəmi 2 milyon 583 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 73 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin cəmi 652 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 min 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı hər iki şəxs  Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilmiş, cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

İbtidai istintaq dövründə vurulmuş ziyandan 902 min manat vəsaitin ödənilməsi təmin edilmiş, həmçinin məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Ədalət Nağıyevə məxsus 203 min manat dəyərində daşınmaz əmlak üzərinə həbs qoyulub.

Eləcə də, hüquqi şəxs “Avangard Travel” MMC barəsində həmin məcəllənin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraata başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

İran Prezidenti: Hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Kaya Kallas: Putin hər zamankından daha zəif mövqedədir

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Tramp İrana görə kürdlərdən "çox məyus olduğunu" bildirdi

Leninin yaxın qohumu vəfat etdi

Leninin yaxın qohumu vəfat etdi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Goranboyda mübahisə bıçaqlanma ilə nəticələndi

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Myanmada 11 000 karatlıq yaqut tapıldı - FOTO

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Canlı yayımda söyüş söyən 3 gənc həbs edildi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

Messi "Barselona"nı çempionluq münasibətilə təbrik etdi

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

İrandakı müharibə Trampın Si Cinpinlə görüşündə əsas mövzu olacaq

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Polşalı sabiq nazir Macarıstandan ABŞ-a qaçdı

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Şimali Koreya Rusiya-Ukrayna müharibəsindən milyardlar qazanıb

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Lukaşenko ordunu quru əməliyyata hazırlaşmağa çağırdı - VİDEO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - FOTO

“Avroviziya” şərhçilərimiz onlar olacaq

“Avroviziya” şərhçilərimiz onlar olacaq

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Ukrayna Rusiyanın təklifini rədd etdi

Ukrayna Rusiyanın təklifini rədd etdi

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Astanada keçiriləcək sammitdə də iştirak etməyəcək

Astanada keçiriləcək sammitdə də iştirak etməyəcək

İranda 35 milyon insanın su problemi var

İranda 35 milyon insanın su problemi var

End of content

No more pages to load

RADİO