Razi Nurullayev uşaqpulu məsələsinə NÖQTƏ qoydu – “İlk iki uşağa 2000 manat, üçüncü və dördüncü...”

Son günlər ölkə gündəmində daha çox müzakirə olunan məsələlərdən biri də uşaqpulunun verilməsidir. Mətbuatda uşaqların sosial müdafiəsinin təminatına yönəlik addımın reallaşması ilə bağlı təzadlı fikirlər də  yer alıb.

Deputatların bir qismi uşaqpulunun verilməsinin tərəfdarı olsalar da, əks qütblü çıxışların sayı az deyil. 

Uşaqpulu verilməlidirmi? Dövlətin buna maddi imkanı varmı? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, uşaqpulu mütləq verilməlidir: 

“Büdcənin kifayət qədər imkanları var ki, uşaqpulunu verə bilək. Heç kim demir ki, birdən-birə 18 yaşa qədər olanlara uşaqpulu verilsin. Bunu mərhələ şəklində və bir neçə il ərzində etmək olar.

Məsələn, ilk mərhələdə 6 yaşa qədər, sonrakı mərhələlərdə isə  6-8, 8-12 və daha sonra 18 yaşa qədər uşaqpulunun tətbiqini reallaşdırmaq mümkündür. İkincisi, hər bir uşaq bütün dünyada olduğu kimi 3 yaşa qədər pulsuz yeməklə təmin olunmalıdır. Bundan əlavə ilk doğulan iki uşağa 1000-2000 min manat müavinət verilməlidir.

 

MÖVZU İLƏ BAĞLI:

İlqar Məmmədovdan ''uşaqpulu'' qalmaqalı - Birinci uşağa görə dövlət yardım etməməlidir


Bəziləri deyir ki, bu müavinət verilsə, o zaman valideynlər 10-15 uşaq dünyaya gətirəcəklər. Bu, heç də belə deyil. İlk 2 uşağa yardım verilsin, kim üçüncü və dördüncü övlad istəyirsə, öz hesabına saxlaya bilər. Bütün bunlar qanunla tənzimlənməlidir. Uşaqpuluna qarşı çıxanlar Azərbaycan xalqının dostu deyil”. 

Deputatın sözlərinə görə 5 ildir ki, uşaqpulu ilə bağlı çıxışlar edir və təkliflər verir: 

“Yeni təklif verməyə heç bir ehtiyac yoxdur. Uşaqpulunun verilməsi çox sadə bir prosedurdur. Bütün dünyada bunun nümunələri var. Ən yaxşı nümunələr Avropa ölkələrindədir. Qonşu öılkələrin də nümunələrini məqbul saymaq olar. Sadəcə olaraq bu məsələ ilə bağlı müəyyən ictimai dinləmələr keçirilməlidir.

Hətta parlamentin özündə belə, cəmiyyətin spektrlərini cəlb etməklə dinləmələr təşkil etmək olar. Hökumətin özü bu sahədə təklif verən, fikirləri olan, mexanizmlər üzərində işləyən insanları onlayn platforma ilə dəvət edib, dinləyə bilər”. 

Deputat qeyd edib ki, uşaqpulunun verilməsi ilə bağlı parlamentin tribunasından iki dəfə çıxışı olub: 

“Uşaqpulu mütləq şəkildə verilməlidir. Qarabağı kim aldı? Həmin uşaqlar...Sabah Azərbaycanı kim qoruyacaq? Uşaqlarımız böyüyəcək və Azərbaycanın sərhədlərinin keşiyində dayanacaqlar.

 

“Büdcədə pul yoxdur, büdcəmiz imkan vermir” deməklə məsələ həll olunmur. Uşaqpulunun verilməsi bu gün sosial sifariş əsasında yaranıb. Valideynlərin buna ehtiyacı var və övladlarını dolandıra bilmirlər.


Əgər hər bir ailəyə onların arzuladıqları şəkildə yüksək əməkhaqqı ilə iş təklif olunarsa, evlərinə yüksək məbləğ daxil olarsa, heç uşaqpulu istəməzlər. O qədər tənha analar və çarəsiz atalar var ki... Amma sabah lazım olanda övladı vətəni qoruyur və düşmənin sinəsinə xəncər taxır”. 

Millət vəkili uşaqpuluna qarşı çıxanları da sərt tənqid edib: 

“Bu gün bir partiya sədri uşaqpulu təklifini verənləri “yaramaz” adlandırırsa, onların cəmiyyətdə nəinki yüksək posta iddia etmək hüququ yoxdur, vətəndaş adından belə danışmaq hüququnu itirmiş olur. Kimlərsə büdcənin qeydinə qalmaq istəyir, kimlərsə isə hökumətə hansısa yollarla yaranmaq və yaltaqlanmaq istəyir. Vətəndaşları ayaqlarının altına alıb əzmək istəyirlər.

Vətəndaş ölsə də olar... Amma o ölən, əzilən vətəndaşın övladı Qarabağı azad etdi. Uşaqpuluna qarşı çıxanlar isə həmin vaxt qarşılarında köfeni içib kef edirdilər”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin sosial müavinətlərlə bağlı hesabatından aydın olur ki, müavinət alan uşaqlar arasında say baxımından ən böyük kateqoriya "sağlamlıq imkanları məhdud 18 yaşadək" olanlardır.

 

Bu kateqoriyaya daxil 63 min uşağa aylıq ortalama 150 manat məbləğində müavinət ödənilir. Sosial müavinət ödənən ikinci ən böyük kateqoriya "ailə başçısını itirməyə görə" müavinət alanlardır.


Bu müavinət vəfat etmiş şəxsin uşaqlarına 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, ancaq 23 yaşı aşmamaqla) verilir. Ötən ilin nəticələrinə görə, bu kateqoriyaya daxil olan 47 min uşağa aylıq ortalama 80 manat həcmində müavinət ödənilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

Zakir Həsənov Slovakiyada həmkarı ilə hərbi ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ ETDİ - FOTO

20 günün əsgəri vəfat etdi

20 günün əsgəri vəfat etdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Mayami polisləri Ben Afflek və Mett Deymonu məhkəməyə verdi

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Aİ Suriya ilə ticarət əlaqələrini bərpa edir

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Paşinyan Ermənistan və Ukraynanın müqayisəsini qeyri-etik adlandırdı

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Rusiyalı veteran Zelenski və Paşinyana görə "Kiyevə zərbə endirməyə" çağırdı - VİDEO

Ukrayna Rusiyanın təklifini rədd etdi

Ukrayna Rusiyanın təklifini rədd etdi

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Nikol Kidmanın qızları ataları HAQDA: “O, artıq bizim üçün mövcud deyil” - FOTO

Astanada keçiriləcək sammitdə də iştirak etməyəcək

Astanada keçiriləcək sammitdə də iştirak etməyəcək

İranda 35 milyon insanın su problemi var

İranda 35 milyon insanın su problemi var

Paşinyan Zelenskinin bəyanatlarına reaksiya verilməməsinə aydınlıq gətirdi

Paşinyan Zelenskinin bəyanatlarına reaksiya verilməməsinə aydınlıq gətirdi

İlham Əliyev Zəngilandan dünyaya mühüm mesajlar ünvanladı: Köhnə gündəmə birdəfəlik son qoyuldu

İlham Əliyev Zəngilandan dünyaya mühüm mesajlar ünvanladı: Köhnə gündəmə birdəfəlik son qoyuldu

Maykl Ceksona qarşı yeni İTTİHAMLAR

Maykl Ceksona qarşı yeni İTTİHAMLAR

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Paşinyandan Putinə cavab: "Ermənistan və Rusiya evli deyillər"

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Anita Orban: Rusiyadan asılılığa son qoyulmalıdır

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Ceyson Stethem 25 milyon funtluq ev tikdirir

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Makronun İrəvan səfəri: "Siyasi blef və klounada"

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

Kürdəmirdə hərəkətdə olan avtomobil yandı - FOTO

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

ANCA ABŞ Konqresinə "müharibə" elan etdi – TƏFƏRRÜAT

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə gümüş medal qazandı

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

Xarici ölkədən gələn hərbçilər Laçın, Xankəndi və Şuşaya səfər edəcək

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

13 yaşlı “milyarder qızı” qalmaqal yaratdı

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Pakistanda avtobus uçuruma aşdı: 11 ölü var

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

End of content

No more pages to load

RADİO