Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir - ETİRAZ 

“Uzun illərdi ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. Xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı eGov və MyGov fəaliyyət göstərir. Lakin dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir”.

Bizim Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə dövlət xidmətləri reyestrindən görünür ki, ölkəmizdə təxminən 50-dək arayış növü var: 

“Hazırda MyGov-da aktiv olan xeyli sayda arayışlar var ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada arayış tələb edir. Hansı ki, dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir.

Əgər dövlət qurumları vətəndaşla bağlı hansısa məlumatları, arayışları bir-birindən online formada əldə edə bilirlərsə onda nəinki onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası başa çatdırılmalıdır”.

Osman Gündüz əlavə edib ki, hazırda eGov sahəsində ən ciddi problemlərdən biri VXSİ Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət resurslarının inteqrasiyası üçün konkret icra planının hazırlanmamsıdır:

“Xeyli müddətdir ki, bu problem öz həllini tapa bilmir. Bu prosesi başa çatdırımaq üçün səylər gücləndirilməlidir. Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir. Artıq rəqəmsallaşan informasiya xarakterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır. 

Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir. Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

End of content

No more pages to load

RADİO