Ermənistanla sərhəddə yeni hərbi hissə xidmətə başladı — FOTOLAR

Azərbaycan Respublikasınınərazi bütövlüyü təmin edildikdən və Ermə­nis­tan Respublikası ilə dövlət sərhədləri işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti Silah­lı Qüvvələrin Mü­zəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Bizim.Media-ya bildirilib ki, aprel ayının 1-də Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin birinci müavini general-leytenant Rəşad Sadiqov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmən üzərində tarixi qələbə­nin əldə olunmasında Azərbaycan sərhədçi­lə­ri­nin şərəflə iştirak etmələri və qarşıya qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirmələri, dövlət sərhədlərimizin işğaldan azad olunmasından sonra qısa müddət ərzində bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyə­də təşkilinin böyük əhəmiy­yət kəsb etməsi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sər­həd­ləri­mizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəməyən Azərbaycan sərhədçilərinin düşmən tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığının təmin edilməsi vəzifəsinin öhdəsindən də layi­qin­cə gələcəklərinə əminlik ifadə olunub.

Yeni hərbi hissə kompleksinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana kompleksinə, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Kompleks daimi işıq və istilik sistemi, zəruri avadanlıqlar, mebel və məişət əşyaları ilə təmin edilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­ən hərbi qulluqçular təltif olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

"Neftçi" növbəti qələbəsini qazandı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Ayağı dəmir barmaqlıqların arasında qaldı - VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Qızı İradə İbrahimovanı sevindirdi -FOTO -VİDEO

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Dünyanın ən sağlam ədviyyatı AÇIQLANDI

Suriyada partlayış - Yaralananlar var

Suriyada partlayış - Yaralananlar var

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

Xankəndi bu gün yeni ideyaların bir araya gəldiyi məskəndir - FOTO

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyevin doğum günü ilə bağlı VİDEOÇARX

Leyla Əliyevadan ulu öndər Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Leyla Əliyevadan ulu öndər Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Avroviziya təmsilçimiz firuzəyi xalıda addımladı, Aygün Kazımovanın mahnısı SƏSLƏNDİ - VİDEO

Avroviziya təmsilçimiz firuzəyi xalıda addımladı, Aygün Kazımovanın mahnısı SƏSLƏNDİ - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Xalqı Zəfərə aparan lider

Xalqı Zəfərə aparan lider

Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Şröder vasitəçi ola bilərmi? - Almaniya Putinin təklifinə skeptik yanaşdı

Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı

Zənginləşdirilmiş uran İrandan necə çıxarılmalıdır? - Netanyahu yolunu açıqladı

Yeni virusla bağlı xəbəri bu şəxslər MÜTLƏQ OXUSUN

Yeni virusla bağlı xəbəri bu şəxslər MÜTLƏQ OXUSUN

ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcək?

ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edəcək?

Atasının Prezidentlə söhbəti gündəm olan şəhid Samirin döyüş yolu

Atasının Prezidentlə söhbəti gündəm olan şəhid Samirin döyüş yolu

"Turan Tovuz" avrokuboku təmin etdi - "Karvan-Yevlax" elitanı tərk edəcək - VİDEO

"Turan Tovuz" avrokuboku təmin etdi - "Karvan-Yevlax" elitanı tərk edəcək - VİDEO

Fidan Araqçi ilə telefonda bu məsələləri MÜZAKİRƏ ETDİ

Fidan Araqçi ilə telefonda bu məsələləri MÜZAKİRƏ ETDİ

Çində nikahların sayında ANTİREKORD

Çində nikahların sayında ANTİREKORD

Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı - FOTO

Cüdoçularımız Avropa Kubokunda 9 medal qazandı - FOTO

İlham Əliyevin Zəngilana köçən sakinlərlə səmimi söhbəti - VİDEO

İlham Əliyevin Zəngilana köçən sakinlərlə səmimi söhbəti - VİDEO

Fransa Rusiyaya görə Aİ-dən çıxmaq istəyir?

Fransa Rusiyaya görə Aİ-dən çıxmaq istəyir?

Pakistan Azərbaycana minnətdarlıq etdi

Pakistan Azərbaycana minnətdarlıq etdi

İran Prezidenti: “Danışıqlar kapitulyasiya və ya geri çəkilmə demək deyil”

İran Prezidenti: “Danışıqlar kapitulyasiya və ya geri çəkilmə demək deyil”

End of content

No more pages to load

RADİO