Bu məlumatı Bizim.Media-ya açıqlamasında Bərdə rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi Yeganə Qasımova verib.
Erməni terroru nəticəsində 60 nəfərdən çox mülki şəxs müxtəlif bədən xəsarətləri alıb. Onlar arasında vəziyyəti orta ağır olanların sayı daha çox idi:
“Bu şəxsləri Naftalan, Mingəçevir və digər iri şəhərlərin mərkəzi rayon xəstəxanalarına təxliyə etmişik. Xəsarət dərəcələri yüngül olanları isə öz xəstəxanamızda müalicə etmişik. Dünən sonuncu yaralını evə yola saldıq. Hazırda xəstəxanamızda yaralı mülki şəxs yoxdur”, -deyə Y. Qasımova əlavə edib.
Gülşanə Mustafayeva, Bizim.Media