Baş Prokurorluqdan Pirallahıdakı qətllə bağlı AÇIQLAMA – 2 nəfər həbs edildi

Xəbər verildiyi kimi, 31 dekabr 2020-ci il tarixdə saat 05 radələrində Pirallahı rayonu, Gürgan qəsbəsi sakini 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması faktı ilə bağlı Azərbaycan Republikası Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng müvafiq qaydada qablaşdırılaraq götürülüb, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

 

MÖVZU İLƏ BAĞLI:

Baş Prokurorluqdan həbsdə olan jurnalistin xanımı və dezinformasiya yayanlara XƏBƏRDARLIQ


İstintaqla 31.12.2020-ci il tarixdə gecə saat 02 radələrində zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun cüzi səbəbə görə 30.12.2020-ci il tarixdə Röyal İlyasovla aralarında mübahisənin baş verməsini özlərinə hörmətsizlik kimi qəbul edib, bu hərəkətlərinə görə Röyal İlyasovu qəsdən öldürməklə cəzalandırmaq qərarına gələrək, xuliqanlıq niyyəti ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək sonuncunu yaşadığı evin yaxınlığında tüfəngdən atəş açaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Hüseynov və Elşən Gözəlov təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Sabah bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Paşinyan: “Deyirlər ki, torpağımızı itirmişik, Qarabağ bizim deyildi”

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Azərbaycan Ordusunun gənc əsgərləri and içdi - FOTO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Suriyada 16 ildən sonra ilk dəfə Visa və Mastercard kartları ilə ödəniş edildi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Mehriban Əliyeva Zəngilanda çay sahilindən paylaşım etdi - FOTO/VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO

Pakistanda terror: 14 polis həlak oldu

Pakistanda terror: 14 polis həlak oldu

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Rusiya Ermənistanın Kiyevdəki səfirliyinə zərbə endirəcək? - VİDEO

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

Peskov: Moskva İrəvandan Zelenskinin çıxışı ilə bağlı izahat gözləyir

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

"Bakı-Xankəndi" velosiped yarışının ilk mərhələsi yekunlaşdı - FOTO

Ukraynanın əhalisi 25 milyona düşüb

Ukraynanın əhalisi 25 milyona düşüb

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Heydər Əliyevin şəxsi mühafizəçisi: "Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı" - VİDEO

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bugünkü qəzada həyatını itirən hərbçilərin FOTOLARI

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər BMT GÜNDƏMİNDƏ – Fransa kolonializminə TARİXİ ZƏRBƏ

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda 4 nəfərin öldüyü qəzada yaralanan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Medianın İnkişafı Agentliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Trampın sərvəti 6,5 milyard dollara çatıb

Bir Lider, bir Vətən, bir Tale

Bir Lider, bir Vətən, bir Tale

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Xızı rayonunda ağır qəza: Sürücü öldü

Məşhur aktyor xərçəngdən sağaldı

Məşhur aktyor xərçəngdən sağaldı

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Heydər Əliyev zirvəsinə yürüş - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümü ilə bağlı tədbirlər keçirildi - FOTO

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

Biz istədiyimizə nail olmuşuq - İlham Əliyev

End of content

No more pages to load

RADİO