Bu ilin aprel ayının 1-dən etibarən doğum xidmətləri pulsuz olacaq – YENİ QAYDA

Xəbər verdiyimiz kimi  Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Bu ilin aprel ayının 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Aprelin 1-dən icbari tibbi sığortanın tətbiqinə başlanılır — Proses belə olacaq


Təbii ki, indi hər bir vətəndaşı bu xidmətdən necə yararlanacağı maraqlandırır.

Professor Adil Qeybulla Bizim.Media-ya icbari tibbi sığortanın təfərrüatlarından danışarkən bildirdi ki, əhalinin bütün təbəqəsi konkret meyarlar üzə sığortalandıqdan icbari tibbi sığorta vəsiqəsi verildikdən sonra onlara təqdim olunan paket üzrə xidmətlərdən istifadə edəcəklər:

“İcbari Tibbi Sığortaya aid olan xidmətlər sırasında mütləq  təxirəsalınmaz müalicələr, tibbi  xidmətlər və əməliyyatlar da yer alır.


Məsələn, vətəndaş qəza keçirdib, təcili əmliyyat olunmalıdır. Sığortası varsa əməliyyatın qiymətindən aslı olmayaraq bu tibbi xidmət ona göstərilməlidir. Bir sözlə, təxirəsalınmaz yardım kimi bütün xidmətlər  icbari tibbi sığorta paketinə daxil olacaq''.  

Ekspert bildirdi ki, ilkin mərhələdə stomatoloji tibbi xidmətlər, estetik əməliyyatlar icbari  tibbi sığorta paketinə daxil olmaya bilər:

“Aprelin 1-də tətbiqinə başlanılan icbari tibbi sığortaya əlavə olaraq doğum xidmətləri də daxil olacaq”. 

Ekspert deyir ki, icbari tibbi sığortaya görə əmək haqqından müəyyən məbləğ tutulan vətəndaş qeydiyyatda olduğu poliklinikaya yaxınlaşmalıdır:

“Sahə həkiminin göstərişləri əsasında icbari tibbi sığorta paketindən yararlana biləcək. Ümumilikdə isə 3500-dən çox tibbi xidmətin göstərilməsi nəzərdə tutulur”.

Sığorta üzrə ekspert  İlkin İbrahimov söyləyir ki,18 yaşadək vətəndaşların icbari tibbi sığorta haqları dövlət büdcəsi hesabına qarşılanır.
 

İşləyən vətəndaşlarda həm işəgötürəndən, həm də işçidən sığorta haqqı tutulur. Aztəminatlı, əlil, pensiya yaşına çatmış şəxslərin də sığorta haqqı dövlət büdcəsi hesabına qarşılanır.


Hətta işsiz kimi qeydiyyatda olmayanlar da 2024-cü ilə kimi dövlət büdcəsindən ayrılan vəsait hesabına İcbari Tibbi Sığorta haqqı qarşılanır. Mülki hüquqi müqavilə ilə işləyənlər aylıq təxmini 10 azn sığorta haqqı ödəməlidirlər.

Ekspert vurğuladı ki, İcbari Tibbi Sığorta haqqının əmək haqqından ödənişi bir qayda olaraq işəgötürəndən 2%; işçidən 2 % tutulur:  

“Əmək haqqı 8000 AZN-ə kimi və bundan yuxarı olduqda 0.5 % tutulur. Vəkillər, VÖEN - lə işləyən şəxslərin əmək haqqlarından  minimum 4% təxminən 10 AZN aylıq ödəniş tutulur.”

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ustaları təngə gətirən ÇİN MAŞINLARI: “Ehtiyat hissələri çatdıra bilmirik”

Ustaları təngə gətirən ÇİN MAŞINLARI: “Ehtiyat hissələri çatdıra bilmirik”

Kredit borcu bu halda silinə bilər

Kredit borcu bu halda silinə bilər

Qocalar evində partlayış – 2 ölü var – VİDEO

Qocalar evində partlayış – 2 ölü var – VİDEO

Liviyada 3 günlük matəm elan olundu

Liviyada 3 günlük matəm elan olundu

Daha iki kəndə NÖVBƏTİ KÖÇ

Daha iki kəndə NÖVBƏTİ KÖÇ

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:24 dekabrda baş vermiş tarixi hadisələr

İlin ƏN YAXŞISI seçildi

İlin ƏN YAXŞISI seçildi

"Həmin qız mənim paltarımda gəlin köçdü"

"Həmin qız mənim paltarımda gəlin köçdü"

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

"Mançester Yunayted"in 7 HƏDƏFİ

"Mançester Yunayted"in 7 HƏDƏFİ

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

End of content

No more pages to load

RADİO